Allahşükür Paşazadə cəmiyyətimiz üçün pandemiyadan da təhlükəlidir: O dələduz Qamət Süleymanovu hansı səbəbdən himayə edir?

Allahşükür Paşazadə cəmiyyətimiz üçün pandemiyadan da təhlükəlidir: O dələduz Qamət Süleymanovu hansı səbəbdən himayə edir?
 

Düz 40 ilə yaxındır Qafqaz Müsəlmanları Ruhani İdarəsinə rəhbərlik edən mollaların lideri hələ də müsəlman sözünü düzgün tələffüz edə bilmir, ya müslüman, bir çox hallarda musorman da deyir. İstər ərəb dilində, istərsə də Azərbaycan dilində onun danışığını başa düşən, anlayan yoxdur.

Hələ bu azmış kimi o, observatoriyaya (rəsədxana) konservatoriya, komforta kompot, peyvəndə peyvas deyir. Bakıda onun gəlirli sahələrinin, obyektlərinin sayı, hesabı yoxdur. Hansı nəhəng obyektlə maraqlanırsan, Allahşükür Paşazadəyə məxsus olduğu bildirilir.  Hələ ərəb ölkələrindəki, Avropadakı obyektlərini demirik. Görəsən, bu mollanın bu qədər sərvəti, sərmayəsi haradandır?

Allahşükür Paşazadə həyatımızın bütün sahələrinə nüfuz edir, Mollabaşı səlahiyyətlərindən istifdə edərək mollalar arasında çox geniş yayılmış dələduzları da himayə edir.

Yüzlərlə insanı aldadıb hiylə yolu yüz min manatla və ya dollarla pulunu ələ keçirən, özünü Bakıdakı Əbubəkir məsçidinin imamı kimi tanıtdıran Qamət Süleymanovu dediklərimizə nümunə kimi göstərmək olar.

Tanınmış dələduz Qamət Süleymanov Moskvada yaşayan Azərbaycan vətəndaşı Əbülfəs Daşdəmirovu aldadaraq onun 305 min Amerika dollarını ələ keçirmişdir. Zərərçəkmişin Bakıdakı valideynlərinin aramsız şikayətləri əsasında Qamət Süleymanova dəfələrlə cinayət iş açılıb, lakin Allahşükür Paşazadə işə dərhal müdaxilə edərək işi bağlatdırıb.

Bunu xatırlayanlar çoxdur:

Hələ Sovetlər dövründə Allahşükür Paşazadə Naxçıvanın iri kəndlərinin birindən, Nehrəm kəndindən SSRİ Ali Sovetinə deputat seçilmişdi. O, seçicilərinə Nehrəmə içməli su çəkdirəcəyinə söz vermişdi, lakin əməl etməmişdi.

Allahşükür Paşazadənin seçiciləri ilə növbəti görüşünün şahidləri söyləyirdilər ki, Allahşükür özü ilə gətirdiyi çoxlu sayda Qurani – Kərimlə və "raykom"un birinci katibi ilə seçicilərin görüşünə gəlmişdi. 

Lakin Allahşükür Paşazadə seçicilərin o vaxt tapşırığına, sözünə əməl etmədiyinə görə, onu Nehrəm kənd sakinləri təhqir edib, kənddən qovublar. Nehrəm kənd sakinləri Allahşükür Paşazadəyə bildirdilər ki, bir də bu kəndə ayaq basma, bizə fırıldaqçı, Bakıda 4 arvad saxlayan deputat lazım deyil, rədd ol!

Bir vaxtlar Allahşükür Paşazadə mərkəzi küçələrdə yetimlərə, kimsəsizlərə yardım ad ilə “nəzir qutuları” qoydurmuşdu, halbuki qutulara atılan ianələr yoxsul təbəqələrə yox, Allahşükür Paşazadə çatdırılırdı.

Belə deyirlər ki, Yasamal rayonunda ərazisində yerləşən “Olimp” mağazasının önündə də belə bir nəzir qutusu mövcud imiş. Günlərin birində nəzir qutusu həmin yoldan aavtomaşını ilə keçən bir nəfərin diqqətini cəlb edir.

Nəzir vermək istəyən şəxs avtomaşınını yolun kənarında saxlayır, yolu keçir və qutuya nəzirini salır, lakin yolu adlayıb avtomaşınına tərəf gedəndə əks istiqamətdə sürətlə gələn avtomaşın nəzir verən sürücünü vurur.

Xəsarət alan şəxs hadisə yerində çabalayarkən baxır ki, başqa bir nəfər də nəzir qutusuna ianə salmaq istəyir. Vurulan şəxs dili tutar-tutmaz var gücü ilə qışqırır ki, ay qardaş, getmə, Allahşükürün nəzir qutusu işləmir.

Həmin nəzir qutuları bu gün də fəaliyyət göstərir, amma yol kənarında yox, iri ticarət şəbəkələrində, hamısı da Allahşükürün cibinə axır.

Allahşükür Paşazadə 40 ildir “mənəm, mənəm” deyirsən, “at oynadırsan” kifayət edər, artıq xalqımız gec də olsa uzun illərdir sənin İran kəşfiyyatına xidmət etdiyini dərk edibdir.

Allahşükür Paşazadə, sən mütləq istefa verməlisən! Sənin bu günə qədər himayə etdiyin yüzlərlə namuslu insanları aldadıb, hiylə yolu ilə pulunu ələ keçirib, mənimsəyən Qamət Süleymanov isə dələduzluq ittihamı ilə həbs edilməlidir. Bu mütləqdir. Sən xalqımızın artıq nifrətini qazanmısan.

Heç kəs mənəm deyib şeşələnməsin
Yanan ocaqların sönən vaxtı var
Ömürlük səmada quş da dayanmaz,
Onun da göylərdən enən vaxtı var.

Qaynaya-qaynaya qazan daşanda
Sərhəddi adlayıb həddin aşanda
Fələyin yanına yaxınlaşanda.
Təkərin geriyə dönən vaxtı var.

 

Hörmətlə:
Mübariz Əfəndiyev,
İlahiyyatçı

0.045406103134155