"5-ci kalon" üzvlərini ifşa etməklə çoxdan məşğulam - Tapdıq Abbas

 
"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas "Facebook" səhifəsində qeyd edib ki;- rüşvətxor, korrupsioner fəaliyyətlərilə xalqın başına min oyun açan və beləliklə ölkə prezidentinin həyata keçirdiyi daxili siyasətə ciddi maneə olan "5-ci kalon" üzvlərini ifşa etməklə çoxdan məşğulam.
 
Məşğuliyyətimin çoxlarını narahat etməsi xalqıma və ölkə prezidentinə köməklik göstərmək kimi, ali məqsədimin həyata keçməsinin əlaməti olduğunu yaxşı bilirəm və bu məni çox sevindirir.
Çünki ölkə hakimiyyətinin əksər pillələrini müxtəlif dolayı yollarla əinə keçirib, xalqı və dövləti talamaqla məşğul olan və ölkə prezidentinin informasiya mənbələrinə yalan məlumatlar ötürməklə dövlət rəhbərini aldatmaqla məşğul olan rüşvət və korrupsiya düşkünləri onların çirkin məqsədlərini həyata keçirməyə maneə olan, gördükləri çirkinliklərin hələ yalnız az bir hissəsini işıqlandıran və əksər qəzet və saytlara verdikləri tulapayı hesabına ələ ala bilmədikləri azsaylı media qrupunun rəhbəri olmağımdan da məmnunam.
 
Maraqlıdır ki, rüşvətxor və korrupsioner məmurları müdafiə edən, onların dövləti çökdürən çirkin əməlləri barədə yazıları saytdan çıxarmağı xahiş edən və bəzən buna nail ola bilməyəndə müxtəlif vasitələrlə müqavimət göstərənlərin 90%-nin özünü jurnalist adlandırması bu peşənin təcrübəli nümayəndəsi kimi, məni çox düşündürür.
Bu cür tipləri şərəf və ləyaqətini itirmiş cinayətkar məmurlardan dövlətimiz üçün daha çox təhlükəli sayıram"...
 
Züleyxa
0.017672061920166