96-cı ilin 96-ları
Paralel.az xəbər verir ki, neftdən gələn gəlir sayəsində paytaxt Bakının da siması zamanla yaxşılığa doğru dəyişir. Paytaxtın meqapolis şəhər statusu qazanması üçün insafən dövlət də xəsislik etmir. Əslində bunca maliyyə yardımlarından sonra bugünə Bakının kanalzasiya sistemindən tutmuş, ictimai nəqliyyatadək irili-xırdalı bütün problemləri tam şəkildə həllini tapmalıydı. Təəssüf ki, hələlik bu problemlər aradan qaldırılmayıb. Konkretləşdirək, məsələn sərnişindaşımada istifadə olunan nəqliyyat parkı -taksi sektoru istisna olmaqla günün tələbləri səviyyəsində yenilənməyib. Bir az da konkretləşdirək.
Paytaxtın "sərnişindaşıma" sektorunda aparıcı rol “Bakbus”a məxsusdur. Sonrakı yerdə “Xaliq Faiqoğlu” MMC-dir. Ədalət naminə deyək ki, bu özəl şirkətin xəttə buraxdığı əksər avtobuslar standartlara uyğun kanfortlu nəqliyyat vasitələridir. Bununla belə elə həmin şirkətə məxsus, ətraf qəsəbələrdən şəhərə gələn 135, 119, 199, o cümlədən şəhərdaxili marşurt üzrə hərəkət edən 96 saylı avtobuslar ötən əsrdən qalan nəqliyyat vasitələridir. Hər gün minumum 20-30 min sərnişinin istifadə etdiyi bu avtobuslarda qışda soyuqdan, yayda istidən insanlar sözün birbaşa mənasında cəhənnəm əzabı yaşayırlar. Aydınlıq üçün deyək ki, qeyd olunan xətt üzrə xidmət göstərən avtobuslar gəlirlə işləyir, ancaq nədənsə şirkətin rəhbərliyi onları təlabata cavab verən və insanlara rahatlıq gətirən yeni kondisenerli avtobuslarla əvəzləmək istəmir.
İddaya görə əvvəllər “Xalid Faiqoğlu” MMC şirkətinin himayəçisi hər sahədə barmağı olan Ramiz Mehdiyev olub. İndidə qalırmı, ya yox, bilmirik. Ancaq şirkət prezidentinin bunca yüksək qazanc müqabilində insanlara sayğısız yanaşması deməyə əsas verir ki, rəhbərlik özünü yeni “təhlükəsizlik kəməri” ilə təmin edib. Belə olmasaydı sərnişinlərin etirazlarıyla hesablaşar və xidmətə yeni rahat avtobuslar alardı.
Səma