AQTA-nın Siyəzəndən xəbəri yox?!
Ölkədə heyvan kəsiminin mövcud tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması vacib məsələlərdəndir. Lakin vətəndaşların hüquqlarının müdafiəsi, qida təhlükəsiziyinin təmin edilməsi istiqamətində problemlər də ortaya çıxır. Bu sırada AİB-in Siyəzən rayon nümayəndəliyindən redaksiyamıza müraciət daxil olub. Bu sahədə tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” ölkə başçısnın 11 iyun 2018-ci il tarixli sərəncamından irəli gələn tələblərə Siyəzən ərazisində yerləşən yeganə heyvan kəsimi məntəqəsində, habelə, bəzi ət satış məntəqələrində əməl olunmamasından bəhs edilib. Qeyd edilib ki, Siyəzən rayonu,
Paralel.az xəbər verir ki, T.İsmayılov küçəsi 51, mənzil 10-da yaşayan Mütalib Tağıyevin müraciəti Qida Təhlükəsizliyi Agentliyinə göndərilib: ”Müraciətə əsasən, mahiyyəti üzrə tədbir görülməsi üçün AQTA-nın Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyevə müvafiq tapşırıqlar verilib. Rayonda yerləşən heyvan kəsimi məntəqəsində kəsim fəaliyyəti, heyvanların saxlanması, daşınması zamanı adi, ümumi gigiyena qaydalarına riayət edilmir. Bu qanunsuzluqların səbəbkarları məsələyə göz yumaraq şərait yaradırlar. Agentliyin rayonda Nofəl adlı əməkdaşının fəaliyyəti, habelə Siyəzəndəki yeganə kəsim məntəqəsinin fəaliyyətinin “Heyvan və quş kəsimi məntəqələrinə dair təlimat”ın baytarlıq-sanitariya normaları və qaydalarının tələblərinə uyğun olmaması qeyd edilib. Məntəqənin daxilində baytarlıq-sanitariya ekspertizası laboratoriyası təşkil olunana qədər dayandırılması və təqsirkar şəxslər haqqında məsuliyyət tədbirləri görülməsi üçün aidiyyəti
orqanlar qarşısında məsələ qaldırılması xahiş edilib. AQTA-nın Xaçmaz Regional Bölməsinin rəisi Z.Fərzəliyev şikayətlə əlaqədar Siyəzənə gələrək 2012-ci ildə quş kəsimi sexi kimi tikilən, məlum prezident sərəncamından sonra həmin ərazidə formal təşkil edilən heyvan kəsimi məntəqəsinə və ət satışı obyektlərinə baxış keçirib. Lakin heç bir məsuliyyət tədbirləri tətbiq etmədən rayonu tərk edib. O, heyvan kəsimi məntəqəsində pozuntuları, daxilində baytarlıq-sanitariya ekspertizası laboratoriyasının mövcud olmadığını bildiyi halda, heç bir əməli tədbir görməyib.
Hazırda formal fəaliyyət göstərən, iri və xırdabuynuzlu heyvanların kəsim məntəqəsi belə məntəqələrin layihələndirilməsi və quruluşuna dair tələblərə cavab vermir. Kəsim məntəqəsinin yerləşməsinə dair tələblərə uyğun olmayan ən azı bir faktı deyim ki, məntəqə su hövzələrindən 100 metr məsafədə
tikilməli olduğu halda, bu normaya əməl olunmayıb, 100 metrdən az məsafədə tikilib. Kəsim məntəqəsində nəqliyyat vasitələri və piyadalar üçün keçidlərdə dezinfeksiyaedici baryerlər də yoxdur. Ət kəsimi məntəqəsinə dair “Memarlıq-planlaşdırma bölməsi”nin layihəsi aidiyyəti üzrə təqdim edilə bilmirsə, birmənalı şəkildə demək olar ki, Siyəzən rayonu ərazisində iri və xırdabuynuzlu heyvanların kəsim məntəqəsi mövcud deyil. Mövcud olmayan məntəqədə Nofəl adlı baytar həkim və ya AQTA-nın Xaçmaz rayon bölməsinin rəisi Z.Fərzəliyev nəyə nəzarət edir?! Bu şəxslər unudur ki, Qida Təhlükəsizliyi Agentliyi haqqında əsasnaməyə görə, agentliyin vəzifəsi qida məhsullarının təhlükəsizliyinə dair tələblər barədə istehlakçıların tam, dəqiq və ən yeni informasiya ilə təmin edilməsi məqsədiylə tədbirlər görmək, qida məhsullarının, dövlət, baytarlıq və fitosanitar nəzarəti, habelə, mülkiyyət formasından asılı olmayaraq,
hüquqi və fiziki şəxslərə baytarlıq xidmətlərinin göstərilməsinə nəzarət etməkdən və s. ibarətdir. Belə çıxır ki, AQTA-nın Xaçmaz Regional Bölməsinin rəisi Z.Fərzəliyev Nofəl adlı baytar həkimin üslubunda heyvan və quş kəsimi məntəqəsinə dair baytarlıq-sanitariya normaları və qaydalarına nəzarət edir. İnsanların keyfiyyətli və təhlükəsiz heyvan mənşəli qida məhsullarıyla təmin olunması, zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə təcili Siyəzən rayonunda baytarlıq-sanitariya normaları və qaydalarına uyğun iri və xırdabuynuzlu heyvanların kəsim məntəqəsi yaradılmalıdır. Onun daxilində də baytarlıq-sanitariya ekspertizası laboratoriyası təşkil olunmalı, hazırda fəaliyyət göstərən heyvan kəsimi məntəqəsinin fəaliiyəti isə dayandırılmalıdır. Məsələnin ciddiliyi nəzərə alınaraq, xahiş edirəm, səlahiyyətli təşkilatlar qarşısında məsələ qaldırasınız”.
Nigar