Autizmli uşağın hüquqları pozulub
 

Autizmli uşağın hüquqları pozulub 
 

Paralel.az xəbər verir ki, Volqoqrad prokurorluğu autizm sindromlu uşağı olan bir ailənin girişinə icazə verilmədiyi Voljsk şəhərindəki su parkında nəzarət yoxlaması aparır. Rusiya mətbuatı yazır ki, Həştərxandan gələn valideynlər bu barədə danışıb. PSC nümayəndəsinin onların vəziyyətini başa düşdüyü, həmin uşaqla birlikdə istirahət etmək istəyinin anlandığı, bununla belə, xəstə uşağın su parkına buraxılmadığı qeyd edilib. Valideynlərə və kiçik qıza su parkına buraxılmaq təklif edilsə də, böyük oğula küçədə gəzmək söylənilib. Bu hadisənin “XXI əsr” parkının qaydaları, yəni yeddi yaşında əlil uşaqların keçməsinə icazə və üstəlik, onlara 50 faiz endirim verilməsi fonunda baş verdiyi deyilib. Nəticədə, müvafiq şikayət əsasında prokurorluq yoxlama aparıb. Sosial şəbəkə istifadəçiləri isə uşağın hüquqlarını kobud şəkildə pozduğu üçün su parkının rəhbərliyinə boykot elan etməyi təklif edib.

Nigar

0.021147966384888