Vitse-spiker erkən seçkilər barədə danışıb
Ermənistan parlamentinin vitse-spikeri Alen Semyonyan Nikol Paşinyanın erkən seçkilər haqqında təklifinin müxalifət liderləri tərəfindən qəbul edilib-edilməməsi haqqında danışıb.
Paralel.az xəbər verir ki, vitse-spiker parlament müxalifətinin erkən seçkilər barədə mövqeyinə toxunub.
"Müxalif Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyanla Paşinyanın görüşü gözlənilir. Görüşdə erkən seçkilər məsələsi müzakirə olunacaq və Tsarukyanın partiyasının mövqeyi bəlli olacaq".
Digər parlament müxalifəti partiyası olan İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan isə artıq növbədənkənar parlament seçkilərinin keçirilməsi təklifi ilə razılaşdığını elan edib.
Şahnaz