“Paralel” qəzetinin Baş Redaktoru
cənab Tapdıq Abbasa...

“Paralel” qəzetinin Baş Redaktorucənab Tapdıq Abbasa...
 

“Paralel” qəzetinin Baş Redaktoru
cənab Tapdıq Abbasa,

Beyləqan rayonu, Beyləqan şəhəri,
B. Kəngərli küçəsi, 07 nömrəli
mənzildə yaşayan Mirzəyeva Gülər

Rafiq qızı tərəfindən

Ərizə

Çox hörmətli Tapdıq müəllim,

“Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikasaı Qanunun əsas tutaraq Sizə müraciət etməkdə məqsədim İmişli rayon İcra və Probasiya şöbəsinin müdiri Samir Osmanov və həmin şöbənin məmuru İlqar Məmmədov (tel: 050 385 02 42) barəsindədir. Hər iki məmur cənab Ptrezidentin apardığı siyasətin əlehinə gedərək vətəndaşların hüquqlarını və psixologiyasını pozaraq, süründürməçilik, laqeyidlik, yerlibazlıq və rüşvətxorluqla məşğul olmaq əvəzinə, yaxşı olardı ki, öz vəzifə borclarını vicdanla yerinə yetirəydilər. Bildirirəm ki, mən İmişli rayon Göbəktala kənd sakini Məmmədov Həmid Şahin oğlu ilə 2012- ci ildə ailə quraraq 5 il birgə yaşamışıq və 2017-ci ilin yanvar ayında nigahımız pozulub. Bu günədək azyaşlı oğlumla birlikdə atamın himayəsində yaşayıram. Məhkəmə qərarı ilə oğluma 100 manat aylıq aliment kəsilib, lakin bu məbləğ hər dəfə gecikdirilərək ödənilirdi. 2020-ci ilin may ayında məhkəmə işə yenidən baxaraq alimenti 130 manat etdi, ancaq Osmanov Samir və Məmmədov İlqar yerlipərəstlik göstərərək bu məbləği ödətmək belə istəmirlər. Hər dəfə zəng edib deyirəm deyirlər ödəmişik. Hal-hazırda 01.08.2021-ci il tarixə 360 (üç yüz altmış) manat aliment ödənilməmiş qalmaqdadır. Məmurlar hətta telefonu belə açmırlar. Ədliyyə Nazirliyinə dəfələrlə yazsam da bir nəticə olmadı. Burdan belə başa düşmək olar ki, Nazirin də öz işçilərinə gücü çatmadı. Elə isə xahiş edirəm həmin aliment Ədliyyə Nazirliyinin hesabına köçürülsün və öz vəzifəsinin öhdəsindən gələ bilməyən Samir Osmanovun və İlqar Məmmədovun əmək haqqlarına əlavə edilsin ki, bəlkə qanuna hörmətlə yanaşsınlar.

Alimentin ödənilməsi ilə bağlı jurnalist araşdırması aparılmasını və lazımı tədbir görülməsini Sizdən xahiş edirəm.

İmza: Mirzəyeva Gülər

02.08.2021-ci il

0.014572858810425