“Yanğınsöndürmə təyyarələri kimə məxsusdur” sualı gündəmdədir
Paralel.az xəbər verir ki, telefonla Habertürk ekranlarına bağlanan Türk Havacılar Birliyinin rəhbəri Aşçı “təyyarələrə niyə baxılmır?” sualına təmir işlərinin məsuliyyətinin Türk Hava Qüvvələri Birliyinin üzərinə düşdüyü cavabını verib. Aşçının cavabından qısaca təəccüblənən spiker isə “siz prezident olduğunuz üçün soruşuram, niyə heç bir təmir işləri görülməyib” sualını təkrarlayıb.
Aşçının bu suala cavabı isə “Mən THK başçısı deyiləm, THK Qəyyumlar Şurasının sədriyəm” olub.
Məlumata görə, Türkiyənin bir çox əyalətində meşə yanğınları ilə mübarizə fasiləsiz davam edərkən, Türk Hava Birliyinə aid yanğınsöndürmə təyyarələrinin istifadə edilməməsi ilə bağlı mübahisə davam edir.
Onların kimə məxsus olması, niyə qulluq edilməməsi sualları da gündəmə gəlib.
Nigar