Dmanisidə qədim heyvan qalıqları tapılıb

 

 

Dmanisidə qədim heyvan qalıqları tapılıb  
 

Paralel.az xəbər verir ki, İspaniya, İtaliya və Gürcüstandan olan beynəlxalq tədqiqatçılar qrupu Gürcüstanda qazıntı işi aparıb. Rusiya mətbuatına görə, aparılan qazıntılar zamanı qədim itlərin qalıqları aşkar edilib.

Əvvəllər Afrikada aşkar edilən ən qədim insan əcdadlarının qalıqları Dmanisidən bir qədər aralıda tapılıb. Onlara Dmanisi hominidləri adı verilib. “Scientific Reports” jurnalında nəşr olunan yeni bir araşdırmada isə, elm adamları qədim “çöl itləri”nin 1,8 milyon il əvvəl insanların əcdadlarıyla yanaşı yaşadıqlarına dair sübutlar təqdim ediblər. Tədqiqatçılar Canis (Xenocyon) lycaonoides növünə aid olan dörd skelet və bir çox itin kəllə sümüyünü təsvir ediblər. Bu, milyonlarla il əvvəl Asiyada ortaya çıxan və daha sonra Avropa və Afrikaya köç edən nəsli kəsilmiş bir canavar növüdür. Olduqca böyük, sürü halında ova çıxan heyvanların çəkisinin isə təxminən, 30 kiloqram olduğu qeyd edilib. Tədqiqatçılar C. lycaonoidesin əzalarının müasir itlərə nisbətən daha uzun və güclü, elastik olduqlarını söyləyiblər. Eləcə də onların Avropada tapılan ən qədim, Dmanisidə isə qazıntılar zamanı tapılan ilk tapıntı olduğu vurğulanıb.

Məlumata görə, qədim itlərin və insan əcdadlarının köç yolları müasir Gürcüstan ərazisindən keçib. Hominidlər o dövrdə Afrikadan Avropa və Asiya ərazisinə “səyahət edib”. Qədim itlər isə əksinə, cənuba, müasir Yaxın Şərq və Afrika ərazisinə köçüblər.

Nigar

0.023828983306885