Maliyyə müşaviri niyə bıçaqlanıb?
Paralel.az xəbər verir ki, bir neçə gün əvvəl BDU-nun iki məsul şəxsini ( rektorun maliyyə məsələri üzrə müşaviri Mirzə Mirzəyev və komendatı Şahlar Bağalıyev) bıçaqlayan universitetin təsərrüfat şöbəsinin işçisi İsimxan Mirzəyev barəsində məhkəmə 4 aylıq həbs qəti-imkan tədbiri seçib.
Qeyd edək ki, hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, insdentin hansı səbəbdən baş verdiyi barədə rəsmi açıqlama verilmir.
Sadəcə olayda maliyyə məsələlərinə məsul şəxsin adının keçməsindən ehtimal etmək olar ki, səbəb pulla bağlıdır. Yəni universitetin yardımçı təsərrüfatından əldə olunan və rəsmiləşdirilməyən vəsaitin bölüşdürülməsi zamanı tərəflər arasında yaranan mübahisə sonuncda əlbəyaxa davaya gətirib çıxarıb. Olayda komendatında iştirakı bu versiyanı gücləndirir. Hər halda, media diqqətdə saxlasa məhkəmədə həqiqət ortaya çıxacaq.
Səma