Pəri xala: "Bu yaşda meşədə palıd ağacı qalmayıb"

Pəri xala:
 

Paralel.az xəbər verir ki, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4-cü binada yaşayan bir qrup sakin "Paralel" qəzetinin redaksiyasına yazılı müraciət edib. Onlar illərdir yaşadıqları binanın yararsız vəziyyətdə olan liftinin fəaliyyətsizliyindən şikayətçidirlər. 
Sözügedən binanın qocaman sakini Pəri Allahverdiyeva məktubda bildirib ki, onun yaşadığı binanın bloklarında quraşdırılmış liftlərin istismar müddəti çoxdan keçib:
"6-cı blokundakı liftin istifadə müddəti bitsə də, bəzi detalların dəyişilməsi və aylıq texniki baxımı üçün hər ay müəyyən məbləğdə pul ödəyirik. Lakin vaxtı çoxdan bitmiş lift demək olar ki, iki gündən bir xarab olur, işləmir. Hətta bir dəfə qırılıb şaxtaya da düşüb. Bu binada liftin vəziyyəti o qədər acınacaqlıdır ki, hər an insanların həyati təhlükə altındadır. Qonşularımız binamızın təkcə daxılı problemlərilə deyil, həyətinin baxımsızlığından da əziyyət çəkirlər. Burada antisanitariya baş alıb gedir".

Şahnaz Salehqızı

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyindən Paralel.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətdə saxlanılır:

“Həmin ünvandakı lift 1980-ci ildə quraşdırılıb, 2020-ci ildə Fövqəladə Hallar Nazirliyinin müfəttişliyi tərəfindən texniki baxışdan keçirilib və liftin istismarına icazə verilib. Yaxın zamanlarda həmin binada istismar müddəti başa çatacaq liftin dəyişdirilməsi nəzərdə tutulur”.

Qurumdan qeyd edilib ki, liftin qırılaraq şaxtaya düşməsi ilə bağlı deyilənlər düzgün deyil.

 

0.035115957260132