Təyyarə dənizə düşüb

Təyyarə dənizə düşüb
 
Rusiya Silahlı Qüvvələrinin Şərqi Hərbi Dairəsinin mətbuat xidmətindən verilən məlumata görə, bir Su-35S təyyarəsi Xabarovsk ərazisinə qəzaya uğrayıb.
 
Məlumatda qəzanın uçuşu zamanı mühərrikdə yaranan nasazlıq ucbatından baş verdiyi qeyd olunub. 
 
Paralel.az xəbər verir ki, təyyarə Oxotsk dənizinə düşüb.
 
"31 İyulda Xabarovsk Bölgəsində, planlaşdırılan təlim uçuşları zamanı Su-35S təyyarəsində mühərrik qəzası baş verdi. Pilot təyyarədən atılaraq özünü xilas edə bilib və dərhal başlayan axtarış zamanı tapılıb. Pilotun sağlamlığı üçün heç bir təhlükə yoxdur", - Şərq Hərbi Dairəsinin mətbuat xidmətinə açıqlayıb.
0.019949913024902