Şəhid xəbəri gəldi

Şəhid xəbəri gəldi
 

Paralel.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatına görə Xocavənd istiqamətində Azərbaycan əsgəri şəhid olub. Xəbərdə bildirilir ki, iyulun 29-da Qusar rayonunun Sudur kəndindən olan əsgər Aslanov Şamil Mayıs oğlu həlak olub. Şəhidin yaxınlarının verdiyi məlumata görə, şəhid Aslanov Hadrut həndəvərindəki postda növbə çəkərkən 4 güllə yarası alıb və onun nəşi artıq doğulduğu kəndə gətirilib. Şəhidin erməni snayperi tərəfindən vurulduğu barədə ehtimallar var.

Maraqlıdır ki, hadisəylə bağlı Müdafiə Nazirliyi bu ana qədər açıqlama verməyib.

P. S: Nəhayət ki, xəbərin saytda dərcindən sonra MN əsgər ölümünü təsdiqlədi. Nazirliyin məlumatında qeyd edilir ki, əsgər Aslanovun ölümünə səbəb silahla ehtiyatsız davranması olub.

Şəhid yaxınları isə onun 4 güllə yarası aldığını iddia edir. MN-in məlumatından belə çıxır ki, əsgər özünə dalbadal atəş açıb.
Burda biz susuruq.

0.034868001937866