Beyləqanda internet yoxdur!

Beyləqanda internet yoxdur!
 

Yerli camaat artıq şikayət etməkdən bezib

Paralel.az xəbər verir ki, bölgələrdə internet problemi çox ciddi şəkil alıb. Aran iqtisadi zonasının bütün rayonlarında 10-20 s/mb. İnternet almalı olan abonent 0.1-0.2 s/mb. internet ala bilir. Abonentlər bildirir ki, bu barədə şikayət etsək də xeyirli yoxdur, heç nə dəyişmir. Beyləqan rayonunda olarkən biz də sözsüz ki, bunu müşahidə etdik - internetdən yararlanmağa çalışsaq da bacarmadıq. İnternet o qədər zəifdir ki hər dəqiqə insanın səbr kasasını daşdıra bilir. Rayon ərazisində nə mobil, nə də kabel interneti normal qaydada çalışmır. Orta həcmli bir şəkili belə yükləmək üçün dəqiqələrlə gözləmək lazım gəlir.
Bununla bağlı "Aztelekom" İstehsalat Birliyinin Beyləqan rayon şöbəsinə müraciət etdik. Telefon vasitəsi ilə sorğumuza belə cavab verildi ki, biz hansı sürəti alırıqsa onu da abonentlərə ötürürük: "İmkanlarımız yalnız bu səviyyədə internet verməyə çatır. Amma rayon yeri üçün xidmətlərimiz pis deyil, fərdi olaraq kiminsə problemi ola bilir və onu da müraciətlər əsasında aradan qaldırırıq, kütləvi problem yoxdur".
Bəli, artıq Beyləqanda "kütləvi internet problemi yoxdur" - bu "Aztelekom" İB-nın mövqeyidir. Bəlkə bu da real mövqedir, çünki əhalinin müraciət və şikayətləri nəticəsiz qaldığından onlar şıkayət etməkdən bezərək öz taleyləri ilə barışıb, daha şıkayət etmir. Ona görə də "Aztelekom" İB-dan elə bilirlər ki, artıq əhalinin internet problemi yoxdur, çünki şikayət etmirlər. Belə də isə beyləqanlılar yalnız Whatsap proqramı və Yutobe kanalından istifadə edə bilir ki, onlar da dona-dona, tutula-tutula işləyir.
İnternet bir yana, hər gün səhər saat 9-dan 13-ə qədər kəndlərdə işıqlar da sönür, necə deyərlər, "əri döymüş arvadı it də tutdu, bir ayıb...
Düzünü axtaracaq heç Bakı şəhərində belə normal internet almaq mümkün deyil, nəyinki bölgələrdə. Bu artıq geniş araşdırma mövzusudur, yaxın günlərdə bununla bağlı apardığımız tədqiqatların nəticələri ilə oxucularımızı tanış edə biləcəyik.

Akif

0.012215137481689