Vətəndaş hüquqlarının pozulduğunu deyir

 

 

Vətəndaş hüquqlarının pozulduğunu deyir  
 

Paralel.az xəbər verir ki, ölkə vətəndaşı, Ə. Ələkbərov 13 v, mən.55 ünvanında yaşayan İlqar Fərmanov üzləşdiyi problemdən bəhs edib. O qeyd edib ki, 10.07.2021-ci il tarixində Novxanıda, Binəqədi-Novxanı şossesinin üzərində yerləşən tikinti malları satışıyla məsğul olan mağazada xoşagəlməz hal yaşanıb: “Qeyd edim ki, dəqiq ünvan olmasa da, bu mağaza “Murad” market ilə “Ulduzlar Bağı” restoranının arasında yerləşən çox məşhur, iri ticarət obyektidir.

Qeyd etdiyim tarixdə adıçəkilən mağazadan bir çox tikinti məhsulları almışam. Hətta malları alanda müdirdən onları uyğun gəlmədiyi və yaxud işlətmədiyim halda, geri qaytarmağın mümkünlüyünü də soruşmuşdum. Müdir də “heç bir problem olmadan qaytara bilərsiniz” demişdi. Qeyd edim ki, alınmış və işlətmədiyim malların geri qaytarılması əvvəllər də dəfələrlə olub. Lakin bir saatdan sonra alınan malların bir hissəsini, daha dəqiq desəm, 6 manat 50 qəpiklik (alış qiyməti) hissəni geri qaytaranda problem yaşandı. Magazanın sahibi malları əvvəlcə problemsiz geri götürdü. Əvəzində 6 manat verərkən, malların dəyərinin 6,50 manat olduğunu dedim. O isə “6 manatını götür get!” cavabını verdi. Ona malların geri qaytarılması barədə razılaşmanın olduğunu və bunun qanunla qorunan istehlakcı hüququm olduğunu bildirəndə, mağaza müdiri sərt və kobud formada “az danış” və “çıx bayıra” sözləriylə mağazanı tərk etməyimi tələb etdi. Sərt reaksiyanın və mübahisənin davaya gətirəcəyini, eləcə də mağaza tərəfdən qanunun kobud pozulduğunu görüb mallarla birgə mağazanı tərk etdim.

Onu da qeyd edim ki, malların alışı zamanı kassirdən çek tələb etmişdim, əvəzində, “bizdə o aparat yoxdur” cavabını almışdım.

Bu problem ilə əlaqədar 12.07.21-ci il tarixində 195/1 (kassa çekinin verilməməsi) və 195/2 (istehlakçı hüququmun pozulması) nömrələri vasitəsilə müvafiq dövlət orqanlarına müraciət etdim. Lakin indiyə qədər heç bir cavab almamışam. İstehlakcı hüquqlarımın, qanunla nəzərdə tutulmuş digər hüquqlarımın qorunmasının təmin edilməsində və alınmış malların dəyərinin tam ödənilməsiylə geri qaytarılmasında mənə kömək etməyinizi xahiş edirəm”.

Nigar

0.027261018753052