Eldar müəllim, XXI əsrdir, ayıl!
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun menyusuna: Cənab başçı artıq XXI əsrdir, texniki inqilab dövrü belə çoxdan arxada qalıb, kompüter əsridir, ayıl!
Azərbaycan dilində səlis danışa bilməməyin eyib deyil, olur belə şeylər, amma ölkələr gəzmisən, ordakı idarəçilikdən yəqin ki, məlumatın da var.
Azərbaycan dilində səlis danışa bilməməyin eyib deyil, olur belə şeylər, amma ölkələr gəzmisən, ordakı idarəçilikdən yəqin ki, məlumatın da var.
Bəli, Bakı gözəl şəhərdir, yerləşdiyi coğrafi məkan, dəniz sahili də bu gözəlliyə yeni çalar qatır. Fəqət dünyanın Bakıya bənzər heç bir şəhərinin idarəçiliyində indiki zəmanədə belə primitiv iş üsuluna rast gəlməzsən. Əgər burda məqsəd dövlətin maaş vermək zorunda qaldığı bu kasıb təbəqənin-təmizlik işçilərinin bekar qalmasının qarşısını almaqdırsa, hesab edirəm ki, uğursuz gün seçilib.
Bu gün 31 avqust şənbə günüdür. Əmək Məcəlləsinə uyğun olaraq bu gün paytaxtın küçələrində qul əməyinə cəlb etdiyiniz bu insanların qanunla istirahət günüdür. Üstəlik ictimai nəqliyyat işləmədiyindən bu fağır insanlar sizin çağırışınıza taksi ilə gəlmək zorundadır. Ki, bugün üçün onlara maaşla verəcəyiniz pul heç yolpuluna bəs eləmir, mən hələ onların isti havada küçə boyu icra etdikləri fiziki əməyini demirəm.
Bu məzlum, bir loxma çörəyə möhtaclıları görəndə yadıma çoxumuzun baxdığı əcnəbi filmlər düşür:
ağır cəzaya məhkum olunmuş dustaqlara həbsxana həyatının acısını yaşatmaq üçün onları ayaqları falanqada qaya yarmağa məcbur edirlər. Külüngü sərt qaya parçalarına nə qədər bərk vursalar da xırda hissəciklərə ayıra bilmirlər. Səhər eyni mənzərə. Beləcə o qaya parçasının dövlətə heç bir faydası yoxdur, amma məhkum əzab çəkir.
Biz də bilirik ki, paytaxtın təmizliyi, müasir zəruri texniki avadanlıqlarla təmini üçün hökumət qədərindən artıq maliyyə vəsaiti ayırır.
Cənab Əzizov siz o vəsaiti neynəmisiz ki, bu gün Bakı küçələrini insanlar "şotka"yla yuyur.
Boynun altında qalsın, getdiyin Berlində, Romada, Parisdə, İstanbulda, ana dillin Moskvada, Kiyevdə, qonşu Tibilisdə heç Mətbuat prospektindəki bu mənzərə ilə qarşılaşdınmı?
Səma