Hacı Vaqif Cəliloğlunun vəfatı ilə bağlı "Paralel" Media Qrupu kollektivinin xatirə - NEKROLOQU

Hacı Vaqif Cəliloğlunun vəfatı ilə bağlı 
 
 
Son illər "Paralel" Media Qrupunda böyük məsləhətçi vəzifəsində çalışmış, texnika elmləri üzrə fəlsəfə doktoru, dini araşdırmaçı, gözəl qələm sahibi, yüksək vətənpərvərlik mövqeyilə cəmiyyətdə böyük nüfuz qazanmış, kollektivimizin sevilən ağsaqqalı Hacı Vaqif Cəliloğlunun ömrünün 77-ci ilində dünyasını dəyişməsi xəbərini kollektivimiz dərin kədər və hüzn hissilə qarşılayıb.
 
Vaqif Cəliloğlu tədqiqatçı alim, alicənab ziyalı və istedadlı yazar kimi bütün fəal ömrünü, tükənməz enerjisini daim Azərbaycan dövlətinin və xalqının inkişafına sərf etmiş, ölkəmizin müstəqilliyinin daha da möhkəmlənməsi və düşmən işğalındakı torpaqların azad olunması işinə sətf etmişdir.

Hər birimiz üçün çox əziz olan gözəl insan, sadə və təvazökar ağsaqqal Hacı Vaqif Cəliloğlunun işıqlı xatirəsi "Paralel" Media Qrupundakı qələm dostlarının qəlbində daim yaşayacaq və hörmətlə yad ediləcəkdir!
Hacı Vaqif Cəliloğlunun vəfatı ilə bağlı, ailəsinə və bütün doğmalarına, vaqifsevərlərə dərin hüznlə baş sağlığı verir və Allahdan səbr diləyirik!

Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun! Amin!
0.016654014587402