“Xoşbəxt məkan” şadlıq sarayının rəhbəri məsuliyyətə cəlb olunub
Paralel.az xəbər verir k, Xaçmaz rayonunda fəaliyyət göstərən “Xoşbəxt məkan” şadlıq sarayına keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi və bir masa arxasında səkkiz nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib. Qeyd olunur ki, “Xoşbəxt məkan” şadlıq sarayı vəzifəli şəxs Şahverdiyev Rəşad Sabir oğluna məxsusdur.