Aldığı telefon vətəndaşa problem yaradıb

 

Aldığı telefon vətəndaşa problem yaradıb 
 

Paralel.az xəbər verir ki, Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi 31-a sakini Ramil Abdullayev üzləşdiyi problemdən bəhs edib. AİB-ə ünvanladığı müraciətdə vətəndaş qeyd edib ki, 27.08.2020-ci il tarixdə Qara Qarayev-26 ünvanında yerləşən “samsung_galaxxy” mağazasından telefon alıb: “Mən 629 manat ödəməklə, 1 illik zəmanət talonu ilə “Samsung a51” mobil telefonu almışam. Lakin ödədiyim pul müqabilində mənə rəsmi maliyyə sənədi və kassa çeki verilmədi, məbləği yalnız zəmanət talonuna yazdılar.

20.04.2021-ci il tarixdə “Kontakt Home” tərəfindən mobil nömrəmə mesaj göndərildi ki, “Kontakt Home” tərəfindən müvəqqəti istifadənizə verilmiş 35459538084142 IMEI nömrəli cihaz üçün ödəniş etmədiyiniz təqdirdə, bu cihaz deaktiv olunacaq”.

28.04.2021-ci il tarixdə telefonum deaktiv edildi. 03.05.2021-ci il tarixdə nəğd ödənişlə mobil telefonu aldığım, Qara Qarayev pr.26 ünvanında yerləşən, “samsung_galaxxy” mağazasına müraciət etdim. Özünü təqdim etməyən mağaza satıcısından bunun səbəbini soruşanda o dedi ki, bu mağaza “ABC Telecom” MMC-yə aiddir. Telefon da “ABC Telecom” MMC tərəfindən deaktiv olunub, buna görə də telefonu iki günlük həmin şirkətə göndərməlidirlər.

Mən telefonu onlara verməkdən imtina etdim. Bildirdim ki, telefonu nəğd ödənişlə bu mağazadan aldığım üçün məsuliyyət də onun üzərinə düşür. Halbuki, zəmanət talonunda mağazanın “ABC Telecom” MMC-yə aid olduğu göstərilməyib.

05.05.2021-ci il tarixdə “Kontakt Home”yə məxsus nömrəyə vatsapda yazdığım mesaja cavab verdilər ki, çox güman, telefonunuz mağazamızdan hissə-hissə ödəniş şərtləri ilə əldə edilib və qeyri-rəsmi şəkildə sizə satılıb.

Mən onlardan dedikləri kredit müqaviləsini göndərməyi dəfələrlə xahiş etsəm də, bundan boyun qaçırdılar. Bu isə göstərir ki, mənə kreditdə olan köhnə telefon satılıb. 05.05.2021-ci il tarixdə “Kontakt Home” əməkdaşı bizimlə əlaqə saxladı. Dəfələrlə xahiş etsək də, o bizə kredit müqaviləsini təqdim etməkdən imtina etdi. Bunu da belə əsaslandırdı ki, bu ancaq rəsmi sorğu əsasında mümkündür.

Mən pozulmuş hüquqlarımın qanun çərçivəsində bərpa edilməsinə, mənə satılmış telefon üçün ödədiyim 629 manatın qaytarılmasına, bu barədə müvafiq dövlət qurumlarına məlumat verilməsinə kömək etməyinizi xahiş edirəm”.

Nigar

 

0.017715930938721