Xilasetmə qüvvələri köməyə vaxtında yetişdilər...
Paralel.az xəbər verir ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail, Xətai və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-i azyaşlı olmaqla 5 nəfərin liftdən çıxarılması təmin edilib.
Şahnaz