Beyləqanda pandemiya hiss edilmir!
Operativ Qərərgah: "Unutmayaq ki, o pandemiya hələ bizimlə vidalaşmayıb"
Artıq iki gündür ki, Beyləqandayıq. Əgər axşamüstü Operativ Qərərgahın statistikasına nəzər salmasaq, rayonda koronavirus pandemiyasından əsər-əlamət yoxdur. Yerli sakinlərlə söhbətimiz zamanı dedilər ki, Beyləqanda pandemiya ötən il oldu-keçdi. Sakinlərin sözlərinə görə, keçən ilin payızında ölkədə müşahidə edilən ikinci dalğa Beyləqanda hiss olunmayıb. Rayonda pandemiya 2020-ci ilin ortalarında, 44 günlük müharibəyə qədər tüğyan edib. Həmin dövrdən sonra isə pandemiya yavaş-yavaş sönüb, keçıb.
Artıq rayon əhalisi demək olar ki, normal həyata qayıdıb. Rayon mərkəzindəki çayçılarda qələbəlikdir. Ölkə üzrə tətbiq edilən xüsusi karantin rejiminin qadağaları artıq zəhmətkeş fermerlərin cilovunu çevrilib, onların işinə mane olur.
Masalən, yetişdirilmiş məhsulların bazara çıxarılmasına xüsusi karantin rejimi bir sıra əngəllər yaradır. Yerli fermerlər hesab edir ki, xüsusi karantin rejimi bölgələrdə yumşaldılmalı, bəlkə də ləğv edilməlidir.
Onu da qeyd edək ki, rayon əhalisinin xəstəlik keçirməşim hissəsinin əksəriyyəti COVİD-19 əleyhinə peyvəndinin hər iki dozasını alıb.
Beyləqan əhalisinin təkliflərinə Operativ Qərərgahın mövqeyini öyrəndik. Qərərgah sözçüsü bildirdi ki, bəzi bölgələrdə pandemiya səngisə də, Bakıda yeni dalğaya doğru gedirik: "Bunu gündəlik statistika da təsdiqləyir. Xüsusi karantin rejiminin aradan götürülməsi Bakı ilə bölgələr arasında əlaqələr intensivləşər ki, bu da yoluxmanı bir qədər də sürətləndirər və bölgələrə yayılmasına səbəb ola bilər. İnsanlar fərdi qoruyucu vasitələrdən istifadə etməli, fərdi gigeniyalarına xüsusi fikir verməlidirlər. Unutmayaq ki, pandemiya hələ bizimlə vidalaşmayıb".
Akif