On günə 6 general ölüb

On günə 6 general ölüb
 

Kütləvi etirazların davam etdiyi Kubada 10 gün ərzində dövlətin əsasını qoyan və uzunmüddətli rəhbərliyi dövründə daima hərbi formada olan inqilabçı Fidel Kastronun silahdaşları sayılan 6 general dünyasını dəyişib. Generalların ölüm səbəbi bəlli deyil və bununla bağlı hökumət heç bir açıqlama vermir. Sadəcə yerli KİV-lərdə verilən məlumata görə generalların ölümünə səbəb kimi onların iyulun 11-də etirazçı kütlə ilə görüş zamanı koronavirusa yoluxma ehtimalı olduğu bildirilir. Hadisə barədə xəbəri ispan dilli “ Unvizion” telekanalı yayıb.
Son ölən general Hilberto Antonino Kardero Sançes 1957-ci ildə üsyançılara qoşularaq Kostro tərəfdarları ilə adanın azadlığı uğurunda savaşda iştirak edib.
Telekanal xəbər verir ki, iyulun 26-da 87 yaşında vəfat edən digər general yazıçı-tarixçi,” 26 iyul hərakatı”nın əsasını qoyanlardan olan Armondo Çoy Rodrigesdir. Onunla eyni gündə vəfat edən Manuel Poçeka üsyan vaxtı Fidelin partizan dəstəsinə qoşulub və məşhur Ernesto Ço Gevarın komandanlığı altında döyüşüb. İyulun 24-də 79 yaşında dünyasını dəyişən Ruben Puentedir ki, iddiaya görə, 1996-cı ildə Mayamidəki kubalı mühacirlərin ölkələrinə göndərdiyi yardımı gətirən təyyarə məhz onun əmri ilə səmada olarkən vurulub.
İyulun 20-də ölən ehtiyatda olan general Marselo Perdomo
uzun illər F. Kastronun şəxsi cangüdənlərindən biri olub.
Qeyd olunur ki, iyulun 12-dən kommunist partiyasının uzun illər idarəçliyi ərzində ilk dəfə Kuba hökuməti ölkədə fövqəladə vəziyyət elan edib. Narazı kütlə isə hakimiyyətdən ədalətli və demokratik seçkilər keçirməyi və COVİD-19-la daha effektli mübarizə aparmağı tələb edir.

Sema

0.022939920425415