“Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstanda döyüş missiyası olmayacaq”

“Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstanda döyüş missiyası olmayacaq”
 

Paralel.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstanda əvvəldən olduğu kimi, döyüş missiyası olmayacağını və özünümüdafiə xaricində heç bir əməliyyat keçirməyəcəyini bəyan edib.

Türkiyə mətbuatına görə, Milli Müdafiə Nazirliyindən həmçinin, bütün müsbət və konstruktiv səylərə baxmayaraq, Yunanıstanın təxribatı, qanunsuz və təcavüzkar ritorikanı davam etdirdiyi bəyan edilib. Məlumatda qeyd edilib: “Türkiyənin hörmətli münasibətinə və diplomatik təşəbbüslərinə baxmayaraq, Yunanıstan moratoriuma riayət etməməklə qanunsuz münasibətini davam etdirir”.

Nigar

0.018858194351196