Saxta brendlərə qarşı necə mübarizə aparır?

 

 

Saxta brendlərə qarşı necə mübarizə aparır?  
 

Eyyub Hüseynov: "Ölkənin qida bazarına dövlətin iki qrumu nəzarət edir"

Son zamanlar müxtəlif qida məhsullarının, əsasən də içkilərin saxta brendləri altında məhsulların satılması müşahidə edilir. Məsələn, artıq mətbuat səhvələrində, saytlarda da rast gəlinir ki, "Sirab" brendi altında saxta içkilər satılır. Bu ilk növbədə brend sahibi olan sahibkarın reytinqinə və büdcəsinə ziyan vurur. Belə ki, "Sirab" sularının daimi müştəriləri aldanaraq saxta məhsulları alır, bundan bir tərəfdən sahibkar itirir, digər tərəfdən isə müştərinin sağlamlığı təhlükə altına düşür. Bəs Azərbaycanda bu kimi problemlərin baş verməməsinə və ya aradan qaldırılmasına kim cavabdehdir?

Suala cavab tapmaq üçün qida təhlükəsizliyi üzrə ekspert, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdik. Ekspert bildirdi ki, ölkənin qida bazarına dövlətin iki qrumu nəzarət edir - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX). AQTA bu məsələdən yaxasını kənara çəkərək, deyir ki, biz məhsulun keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edirik, məhsul yararlıdırsa, bizim üçün maraqlı deyil, onu kim istehsal edib. Bu bəlkə də doğru yanaşmadır. Bu məsələyə isə birbaşa AİBNDX nəzarət etməlidir. Prosesin başlanması üçün isə sahibkarlar fəal olmalıdırlar, onlar həminXidmətə faktla bağlı müraciət etməli, onların qarşısında tələb irəli sürüməlidirlər. Lakin operativ müraciət üçün dövlət orqanları ilə sinxron əlaqə çox zəifdir. Amma digər yollarda var, məsələn, bizim təşkilatla sizin media resursları sahibkarların müraciəti əsasında layihə həyata keçirə bilər və bu layihə əsasında biz asanlıqla saxta məhsulları üzə çıxara, onların istehsal ünvanlarını müəyyən edə bilərik. Sadəcə olaraq sahibkarlarımız bu istiqamətdə çox passiv fəaliyyət göstərir".

Akif

0.033502101898193