3500 illik tarixi əsər üzə çıxarılıb
 

3500 illik tarixi əsər üzə çıxarılıb 
 

Paralel.az xəbər verir ki, ABŞ-ın Nyu-York federal məhkəməsi dünyanın ən qədim ədəbi əsərlərindən biri olan “Gilgamıs” dastanının bir hissəsi olan “Gilgamesh Dream Tablet”in alındığına qərar verib. Türkiyə mətbuatına görə, 3500 illik tarixi əsərin bu ölkəyə hansı yolla daxil olması səlahiyyətlilər tərəfindən araşdırılıb. ABŞ Ədliyyə Nazirliyinin rəsmi açıqlamasında məhkəmənin qərarını qiymətləndirən Nyu-York Baş prokurorunun müavini Jacquelyn M. Kasulis deyib: “Bu mərhələ dünya ədəbiyyatının nadir və qədim şah əsərinin mənşə ölkəsinə qaytarılması baxımından, çox əhəmiyyətlidir”. ABŞ məhkəməsi “Gilgamesh Dream Tablet”in ölkəyə qanunsuz yolla girməsini qərara alıb.

Məlumatda qeyd edilib ki, ABŞ-ın antik əşyalar satıcısı kirli örtüklü və oxunmayan

“Gilgamesh Dream Tablet”i Londondakı bir sikkə satıcısının ailə üzvündən satın alıb və ştatlara göndərib. İdxal ediləndən və təmizlənəndən sonra mixi yazma mütəxəssisləri onun tabletin bir hissəsi olduğunu başa düşüblər. Tablet təxminən 15.24 cm və 17.7 cm ölçülü olaraq, Akkad dilində yazılıb. Xəbərdə qeyd edilib ki, bu dastan qədim Mesopotomiyadan qalmış ən qədim ədəbi əsər kimi tanınır. Dastan 12 lövhədə yazılıb.

Nigar

0.032509803771973