Xəzər Xaqanlığına dair yeni tapıntılar əldə edilib

Xəzər Xaqanlığına dair yeni tapıntılar əldə edilib
 

Paralel.az xəbər verir ki, alimlər Xəzər Xaqanlığı xalqlarının məskunlaşma həyatına dair yeni dəlillər tapıb. RİA Novosti-nin məlumatına görə, Belqorod Dövlət Milli- Tədqiqat Universitetinin arxeoloqları VIII-X əsrlərə aid Xəzər Xaqanlığı tayfalarının yaşayış yerlərində qazıntılar apararkən, keramika qablarının qırıqlarını, gil örtük yığınlarını və heyvan sümüklərini aşkar ediblər. Əldə edilən tapıntılar köçəri insanların əkinçilik və maldarlıqla məşğul olduğunu, at, xırdabuynuzlu heyvan, dənli bitkilər və hətta donuz yetişdirdiklərini sübut edib.

Belqorod Dövlət Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsinin dekanı Andrey Papkov deyib ki, arxeoloqların əldə etdiyi tədqiqat nəticələri müasir Belqorodun şərq bölgələrindəki Saltovo-Mayatsk mədəniyyəti daşıyıcılarının oturaq həyat tərzi ilə bağlı nəticəni təsdiqləyib.

Qeyd edək ki, Milli Tədqiqat Universitetinin arxeoloqları 2021-ci ildə Belqorod ərazisindəki Saltovo-Mayatsk mədəniyyətinin iki abidəsini araşdırıb. Tədqiqatçılar bir ərazidə mədəni təbəqəyə çata biliblər. Onlar orada keramika qablarının qırıqlarını, gil örtük, heyvan sümüklərinin qalıqlarını tapıb və yuyulmaq üçün torpaq nümunələri götürüblər. İkinci ərazidə isə 1,5 metrdən çox dərinlikdə bir mədəniyyət təbəqəsi tapılıb. Tədqiqatçılara görə, ən qiymətli tapıntılar arasında olanlar dəmir deşmə və metal bıçağın bir parçasıdır. Tapıntılar aidiyyatı üzrə təhvil verilib.

Nigar

0.019813060760498