Mütəxəssis diz kirəclənməsinin səbəbini açıqlayıb

Mütəxəssis diz kirəclənməsinin səbəbini açıqlayıb
 

Paralel.az xəbər verir ki, ortopediya və travmatologiya sahəsi üzrə mütəxəssis Murat Ərdoğan dizdə kalsifikasiya problemindən bəhs edib. İhlas Xəbər Agentliyinin məlumatına görə, mütəxəssis deyib ki, bu problem müalicə edilməsə, ağrı, şişlik, elastiklik itkisi kimi sağlamlıq problemlərinə yol aça bilər. Bu isə gündəlik həyata mənfi təsir edən faktorlardandır.

M.Ərdoğan qeyd edib ki, diz kalsifikasiyası, kirəclənmə sümüyü meydana gətirən qığırdaq quruluşlarının zədələnməsi və sümüklərin bir-birinə sürtülməsi zamanı meydana gəlir. Onun əlamətlərindən bəhs edən mütəxəssis, bu problemin ümumiyyətlə, 50 yaşdan yuxarı insanlarda müşahidə olunduğunu söyləyib. Bu problem daha çox qadınlarda rast gəlinir, lakin

ağır işlərdə çalışan kişilərdə daha çoxdur. Bəzi anadangəlmə oynaq xəstəliklərində, kilolu insanlarda və ya həyatlarında qəza keçirən, travmalara məruz qalan insanlarda da həmin problem müşahidə olunur. O, genetik cəhətdən meylli, revmatizm xəstəliyi və oynaq kimi sağlamlıq problemləri olan insanlarda daha çox müşahidə edilir. Bu xəstəliyin əlamətləri əsasən ağrı, şişlik, elastiklik itkisidir.

Xəstəliyin müalicəsindən bəhs edən M.Ərdoğan qeyd edib ki, bu problemin diaqnozu fiziki müayinə, rentgen və digərləridir. Diz oynaqlarının kalsifikasiyasının müalicəsində ilk növbədə, xəstənin vəziyyətinə görə müalicə məlumatları verilir. İnsan artıq çəkidən əziyyət çəkirsə, müalicə insanın arıqlaması üçün aparılır. Fərqli bir vəziyyət olanda isə fiziki və bəzi müalicələr tətbiq olunur. İnsanın kalsifikasiya səbəbindən ağrısı varsa və dözülməz hala gəlmişsə, cərrahi üsul tətbiq edilir. Çox inkişaf

etmiş hallarda isə diz protezi müalicəsi tətbiq olunur: “Dizlərinizdə, xüsusən, oturduğunuzda və gündəlik işinizdə, pilləkənlərdən qalxanda ağrı hiss edirsinizsə, mütləq müalicəyə başlanmalıdır”.

Nigar

0.018232107162476