Ekspertlər Şurasının növbəti iclası keçirilib

Ekspertlər Şurasının növbəti iclası keçirilib
 
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz:
"Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.
Toplantıda Startap şəhadətnaməsi almaq üçün KOBİA –ya sənəd təqdim edən 6 sahibkarlıq subyektinin müraciətinə baxılıb.
Səlahiyyətli nümayəndələr qısa müddətli təqdimatlar ediblər.
Ekspertlər Şurasının qiymətləndirilməsi əsasında 4 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyyə edilib. Şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən veriləcək.
Startap şəhadətnaməsi alanlar qanunvericiliyə görə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir".
 
Paralel.az
0.020134925842285