Amerikalılar 501 milyon dollar itirdilər

Amerikalılar 501 milyon dollar itirdilər
 

Paralel.az xəbər verir ki, ABŞ Federal Ticarət Komissiyasının (FTC) məlumatlarına görə, COVID-19 ilə əlaqəli saxta fəaliyyətlər nəticəsində amerikalılar ümumilikdə 501 milyon dollar itiriblər.

Ötən ilin əvvəlindən bəri şöbəyə istehlakçılardan bu və ya digər şəkildə koronavirusla əlaqəli 558 mindən çox şikayət daxil olub. Həmin halların 60%-ində saxtakarlıq qeydə alınıb. Saxtakarlıqla bağlı hər nəfərə düşən orta itkilər təxminən 370 dollar təşkil edib. FTC qeyd edir ki, fırıldaqçılar amerikalıları aldatmaq üçün bir çox fərqli sxemdən istifadə ediblər. Pandemiya dövründə amerikalılar aktiv şəkildə onlayn mağazalara sifariş verməyə başladıqları üçün bütün fırıldaqçılıq hallarının (53 min) təxminən 16% -i onlayn ticarət sahəsinin payına düşür. FTC qeyd edir ki, məşhur məhsul kateqoriyaları sifariş verən istehlakçıların bir çoxu saxta saytların qurbanı oldu. Müxtəlif turizm imkanları ilə əlaqəli saxta fəaliyyətlər nəticəsində amerikalıların itkisi təxminən 77 milyon dollar təşkil edib.

Akif

0.02488112449646