İki ölkə sərhədində müştərək ticarət mərkəzi
Paralel.az xəbər verir ki, Qazaxıstan və Qırğızıstan sərhədində Alatau Birgə Ticarət Mərkəzinin istifadəyə verilməsi hədəflənir.
Anadolu Agentliyinin məlumatına görə, Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin verdiyi açıqlamada bu barədə deyilib. Xəbərə görə, nazir müavini Kayrat Torebayev qırğız həmkarı Mirlanbek Baygonçokov ilə Bişkəkdə görüşüb. Görüş zamanı iki ölkənin sərhəddində istifadəyə verilməsi planlaşdırılan Alatau Birgə Ticarət Mərkəzinin yaradılması prosesi müzakirə edilib. Tərəflər sözügedən prosesi sürətləndirmək üçün müzakirələr aparıb. Bundan başqa, danışıqlar zamanı Qazaxıstanın Qırğızıstana maşınqayırma, metallurgiya, qida, tikinti və kimya məhsulları ixracatını artırmağa hazır olduğu bildirilib.
Bundan əvvəl isə Qazaxıstan və Özbəkistan sərhədində Orta Asiya Beynəlxalq Ticarət Mərkəzinin inşaat işlərinin aparıldığı bildirilib.
Nigar