Paralel.az xəbər verir ki, Dünya Azərbaycanıları Assambleyasının rəhbəri Rəşad Quliyevin Almaniya hökumətindəki mənbələrdən əldə etdiyi məlumatda bildirilir ki, bu gün Azərbaycanda da dəhşətli bəlaya çevrilən “Pati” adlandırılan narkotik tərkibli maddə Xankəndində hazırlanır.
Qeyd edilir ki, əvvəllər ermənilər bu sexləri Zəngilanda qurublarmış. Rayon Azərbaycan Ordusu tərəfindən işğaldan azad ediləndən sonra ermənilər avadanlığı Xankəndinə gətiriblər.
Döyüş meydanında məğlub olan düşmən indi də gənclərimizi bu yolla zəhərləyib zərərsizləşdirməyi hədəfləyib. Təbii ki, aidiyyatı qurumlar ictimaiyyətin də yardımı ilə təsirli tədbirlər görməsə düşmən hədəfinə yaxınlaşmış olacaq.
İddiaya görə ermənilər istehsal etdiyi “Pati”ni İran və Gürcüstan üzərindən Azərbaycana ötürür.
Səma