Biz hörmətsizik, yoxsa siz məsuliyyətsiz?

Biz hörmətsizik, yoxsa siz məsuliyyətsiz?
 
Paralel.az xəbər verir ki, cibinə jurnalist vəsiqəsi qoyub, olmazın hoqqalarından çıxan bəzi media mənsublarının təqsiri üzündən cəmiyyətdə jurnalistə olan hörmət və inam zatən sarsılmışdı, mənzil məsələsi də olan-qalanını yerlə bir etdi.
Durumumuzu dövlət təsisatları da fərq etdiyindən, əvvəlki illərdə olduğu kimi, jurnalistləri az qala adam yerinə belə, qoymurlar. Qoysaydılar ən azı jurnalistlərin çoxluq təşkil etdiyi "Azərbaycan" nəşriyyatının qarşısından keçən və maşınların intensiv hərəkət etdiyi yol ayrıcındakı piyada keçidini qaydaya salardılar.
Mətbuat prospekti ilə Şərifzadə küçəsinin kəsişdiyi bu yolda təxminən 80 gün əvvəl təmir işləri aparıldı. Yol təmir olundu, amma piyada keçidi rənglənmədi. Nəticədə hər gün bu keçiddən istifadə edən yüzlərlə jurnalist və digər vətəndaşların həyatı risk altına düşmüş durumdadır. 
Maraqlıdır, elə də böyük vəsait və vaxt itkisi tələb etməyən bu problemi çozmək o qədərmi çətindir?
Yaxud, bu bir səhlənkarlıqdır, yoxsa jurnalistə sayğısızlığın aşikar nümayişi?
0.01058292388916