III Dünya Müharibəsinin tarixi barədə... -VİDEO
ABŞ-ın təqaüdçü admiralı Ceyms Stavridis və jurnalist Elliot Akerman tərəfindən yazılmış “2034: Növbəti dünya müharibəsinin hekayəsi” adlı kitabda Üçüncü Dünya Müharibəsinin daha çox dron və pilotsuz hərbi texnika ilə baş verəcəyi iddia olunub.
Paralel.az xəbər verir ki, kitabda dünya müharibəsinin 2034-cü ildə ABŞ hərbi gəmilərinin Cənubi Çin dənizinə girməsi ilə başlayacağı yazılıb.
Dünyanın sürətlə inkişaf etdiyi, buna görə də dron və pilotsuz hərbi texnikanın döyüş meydanında üstünlük təşkil edəcəyi bildirilib.
Stavridis və Ackerman inanırlar ki, həqiqi döyüşləri düşmən sistemlərinə genişmiqyaslı haker hücumları müşayiət edəcək.