Bakı-Subqayıt yolunda təhlükəli vəziyyət yaranıb!
Paralel.az bildirir ki, Bakı-Sumqayıt yolunun Abşeron "Gənclər Şəhərciyi"nin yanından keçən hissədə ("Mətanət" MMC-nin yanında) təhlükəli vəziyyət yaranıb.
"Gənclər Şəhərciyi" sakinlərinin verdiyi xəbərə görə, Bakı-Sumqayıt yolunun əsas hərəkət hissəsindən köməkçi yola çıxmaq üçün qoyulan yolayrıcının plastik təhlükəsizlik nişanları qırılaraq sıradan çıxıb. Sakinlər bildirir ki, bu səbəbdən də köməkçi yolla arxadan gələn nəqliyyat vasitəsi əsas yoldan köməkçi yola keçən nəqliyyat vasitəsinə təhlükə yaradır: "Həmin nişanlar buradan yalnız əsas yoldan köməkçi yola keçid olduğunu deyil, həm də köməkci yoldan əsas yola bu hissədə keçidin qadağan olduğunu göstərirdi. Nişanlar olmadığından həmin yolayrıcından bir çox hallarda nəqliyat vasitələri köməkçi yoldan əsas yola keçid edir ki, əksər hallarda bu əməliyyatlar yol-nəqliyyat hadisələri ilə nəticələnir. Bununla yanaşı, yolun köməkçi hissəsinin işıqlandırma sistemi də sıradan çıxıb ki, bu da təhlükəni artırır".
Məsələ ilə bağlı Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsini mətbuat xidmətinin rəisi Vaqif Əsadovla əlaqə saxladıq. V.Əsədov bizimlə söhbətində bildirdi ki, ərazi onun xidmət səlahiyyətlərindən kənar olsa da, müvafiq qurumlara bununla bağlı məlumat verəcəyini və gün ərzində problemin aradan qaldırılmasına çalışacağını dedi.
Akif