Beş yaşlı uşaq 5,9 milyon rublluq dərman almağa nail olub

Beş yaşlı uşaq 5,9 milyon rublluq dərman almağa nail olub
 

Paralel.az xəbər verir ki, Tverdə 5 yaşlı əlil uşaq məhkəmə yolu ilə 5,9 milyon rubl almağa nail olub. Dövlət Teleradio Şirkəti “Tver”in məlumatına görə, Tverdə bir əlil uşağa bahalı və həyati əhəmiyyətli bir dərman yalnız məhkəmə yolu ilə verilə bilər. Xəbərdə deyilib ki, nadir bir xəstəlikdən əziyyət çəkən 5 yaşlı bir uşağa həkimlər tərəfindən müəyyən bir markanın bahalı dərmanı yazılıb. Uşağın da mövcud olan qanuna görə, səhhətiylə bağlı dava-dərmanı pulsuz almaq hüququ var. Lakin buna baxmayaraq, həmin uşaq müalicə oluna bilməyib.

Bu iş regional Səhiyyə Nazirliyinə qarşı məhkəməyə qədər uzanıb. Nəticədə, Tver Mərkəzi Bölgə Məhkəməsi prokurorluğun tələblərini təmin edib və nazirliyə dəyəri 5.9 milyon rubl olan dərmanı satın almağı tapşırıb. Və sözügedən məhkəmə qərarı icra edilib.

Nigar

0.017343997955322