Beyləqanda icra hakimiyyəti şəhid ailələrinə qurban payı verməyib?!..

Beyləqanda icra hakimiyyəti şəhid ailələrinə qurban payı verməyib?!..
 

İcra başçısı Prezidentin sərəncamını pozub

Beyləqan rayonundan şəhid ailələrindən poçtumuza gələn şikayətdə Beyləqanın icra başçısı Asif Ağayevin rayonun 330 şəhid ailəsinə qurban payı verilməsini təşkil etmədiyi bildirilir.

Məlumatı dəqiqləşdirmək üçün Şəhid ailələri, müharibə əlilləri və veteranları Beyləqan Rayon təşkilatı ilə əlaqə saxladıq.

Təşkilatdan bildirdilər ki, rayon icra hakimiyyəti yalnız Beyləqan şəhərində yaşayan şəhid ailələrinin 36-sına 2,5-3 kq çəkidə ət, qurban payı verib.

Rəqəmdən də görünür ki, rayonda yaşayan 330 şəhid ailəsindən ancaq 36-sına qurban payı verilib. Bu da bir neçə idarə rəhbərindən alınmış pul hesabına mümkün olub. Bu rəqəm rayondakı şəhid ailələrinin 10 faizi deməkdir...


Vətən müharibəsində bir toyuğunu belə itirməyən icra başçısı Asif Ağayevin icra başçısı işlədiyi 9 ildə Şamaxıdan və Beyləqandan rüşvət və korrupsiya ilə yığdığı pul bir neçə milyonla ölçülür. Əgər onun bu millətin şəhidlərinə hörməti olsaydı, nəinki 330 nəfər şəhid ailəsinə, şəxsi hesabına, hətta 1-5 min ailəyə qurban əti pay verərdi...

Amma vermədi!..

Röyal

 

0.016709089279175