Ədliyyə Nazirliyinin əməkdaşları və ETSN-nin məsul işçisi Əhliman Əliyev vətəndaşdan "halallıq" (rüşvət!) istəyir

Ədliyyə Nazirliyinin əməkdaşları və ETSN-nin məsul işçisi Əhliman Əliyev vətəndaşdan
 

Bakı şəhər sakini Anar Məmmədov qəzetimizin poçtuna şikayət məktubu göndərib.

Məktubda deyilir:  "Ekologiya Nazirliyinin məsul işçisi olan Əliyev Əhliman Bəbir oğlunun qanunsuz hərəkətləri, bu hərəkətlərə göz yuman və onunla əlbir olan Komitənin Oğuz şöbəsinin rəhbəri Yaqub Abbasov Oğuz rayon məhkəmə qərarlarının icra şöbəsinin əməkdaşlarının mənfi əməlləri nəticəsində əmlakım barəsində sərəncam verə və bizness layihəmi həyata keçirə bilmirəm. Nəticədə hazırda layihənin realizasiyyası üçün götürdüyüm bank kreditinin ödənməsində yaranan problemlərlə əlaqədar külli miqdarda zərər etmişəm.

Bu “məmur”ların özbaşınalığı nəticəsində mən artıq iflas vəziyyətinə gəlmişəm və müflis elan olunmağımla bağlı məhkəməyə müraciət etməyə hazırlaşıram.
Çünki 2018-ci ildə Oğuz rayonunda ümumi sahəsi 206 kv.metr ölçüdə əmlak kompleksini və kompleksin yerləşdiyi 0,06634 hektar torpaq sahəsini əldə etdikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul işçisi Əliyev Əhliman Bəbir oğlunun başçılığı ilə məcburi köçkün ailəsi həmin əraxiyə yerləşdirilib.


“Məcburi köçkün”ün Oğuz rayonunda şabalıdlıq deyilən ərazidə çox geniş ərazini əhatə edən restoranı (heç bir sənədi yoxdur, sənədi soruşanda deyir yoxdur), “Toyota Prado” markalı şəxsi avtomobili, Oğuz rayonunda və Bakı şəhərində daşınmaz əmlakları var. 

Əmlakımı boşaltmaq barədə məhkəmə qərarını icra etməyi dəfələrlə Oğuz rayonu İcra şöbəsindən tələb etsəm də, məhkəmənin qərarı hələ də, icra olunmur və Əhliman Əliyev isə mənim əmlakımı boşaltmaq üçün məndən “halallıq” tələb edir.

Əvvəllər köçkünlərin məskunlaşdığı pioner düşərgəsinin naməlum şəraitdə yanması Oğuz rayonunda hamıya bəllidir. Təbii ki, Əhliman Əliyevin tələb etdiyi “halallığı” verməkdən imtina etdim, qanunun aliliyini üstün tutdum, amma sonda etdiyim hərəkətimə peşman oldum.
Məhkəmə prosesi zamanı Ekologiya və Təbii Sərvətlər Naxirliyi Oğuz şöbəsinin rəhbəri Yaqub Abbasov adlı şəxsin Komitəyə məlumat vermədən məhkəmə prosesində iştirakı, (qarşısı hakim tərəfindən alındı və məhkəmə iclas zalından kənarlaşdırıldı) Əliyev Əhliman Bəbir oğluna saxta arayışlar verməsi və digər hallarla müşaiyət olundu. Çünki nə Oğuz Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(054)-36/2019 nömrəli qətnaməsi, nə də Şəki Apelliyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2570/2019 nömrəli, 14.10.2019 tarixli qətnaməsi icra məmurlarının laqeydliyi nəticəsində icra olunmur.

Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi Məftun Şirəliyevdən məhkəmə qərarınının icra olunmamasının səbəbini soruşduqda o, bildirir ki, “məhkəmələr məsələyə doğru yanaşmayıblar, qanuna uyğun qərar çıxartmayıblar".

M. Şirəliyev hesab edir ki, məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri ilə yanaşı icra məmurları da həyata keçirirlər. Yəqin ki, biraz da danışdırsaydım özünü məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı elan edəcəkdi.


Bu şəxs ya qanunvericilikdən bixəbərdir, ya da qəsdən laqeydlik göstərir. Nəzərə alsaq ki, M.Şirəliyev Əliyev Əhlimanı bütün şöbə işçiləri kimi şəxsən tanıyır (Əhliman onu mənə “yaxın qardaşı” kimi təqdim edir)  və “halallığı” hələ də vermirəm -  cavab aydın olar.

Şiksyətçi Anar Məmmədovun şikayət məktubundan aydın görünür ki, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası İdarəsi və onun Oğuz rayon şöbəsi qanunçuluğu təmin etmək əvəzinə qaçqının statusundan sui-istifadə edərək, əmlak sahibi A. Məmmədovdan "halallıq" adı ilə RÜŞVƏT tələb edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşı Əhliman Əliyevlə əlbirdir.

Anar Məmmədovun redaksiyaya göndərdiyi şikayət məktubunda təsvir olunmuş olay təsdiq edir ki, nazir Fikrət Məmmədovun tabeçiliyində olan Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi də ETSN-nin məsul işçisi, "məcburi köçkün"dən istifadə edib, əmlak sahibindən "halallıq" istəyən Əhliman Əliyevlə rüşvət ortağıdır.

Redaksiya olaraq, əmlak sahibi Anar Məmmədovun Oğuz Rayon Məhkəməsi tərəfindən bərpa olunmuş mülkiyyət hüququnun təmin edilməsinin vacib olduğunu qeyd edirik.
Anar Məmmədovdan RÜŞVƏT almaq məqsədilə vətəndaşa məxsus əmlakın "məcburi köçkün"dən alınıb özünə qaytarılması barədə Oğuz Rayon Məhkəməsinin çıxardığı qərarın icrasına törətdikləri maneənin tabeçiliklərindəki vəzifəli şəxslər olduğu Ədliyyə naziri Fikrət Məmmədovun və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin diqqətinə çatdırmağı vacib sayırıq.

Ölkə Prezidentinin rüşvət və korrupsiyaya qarşı mübarizə tədbirləri barədə verdiyi tapşırıq və göstərişə çox həssas yanaşıldığı hazırkı zamanda Ədliyyə Nazirliyi və ETSN əməkdaşlarının "halallıq" adı ilə vətəndaşdan rüşvət tələb etmələri dövlətçiliyə təhdiddir...

Röyal

0.032896995544434