Yaşayış binasında yanğın olub
Paralel.az xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac və çıxış kabeli 8 p.m yanıb.
Yüksək temperaturdan 1 ədəd qaz sayğacı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şahnaz