Müştərilərin elektrik xərcləri 2025-ci ilədək sabit saxlanacaq
Paralel.az xəbər verir ki, enerjisinin yüzdə 70-ni günəşdən almağı planlaşdıran Pen Data Center 2025-ci ilə qədər müştərilərinin elektrik xərclərini sabit saxlamağa qərar verib. İhlas Xəbər Agentliyi yazır ki, Türkiyədə yeni bir müvəffəqiyyət əldə edən PenDC təmiz enerji mənbələrinin üstünlüyü sayəsində davamlılığı qoruyur. Şirkət qlobal iqlim böhranı ilə mübarizə çərçivəsində 1600 kvmetr ərazidə günəş panellərindən olan məlumat mərkəzindəki elektrik enerjisinin yüzdə 70-ni qarşılamağı planlaşdırıb. Bununla da PenDC sahib olduğu şirkətlərin elektrik enerjisi xərclərini düzəltmək qərarı verərək 2025-ci ilə qədər müqavilə bağlayıb.
“ Elektrik enerjisi qiymətlərindəki son əlavə artımdan sonra şirkətlərimizə elektrik enerjisi haqlarında artımla təsir etməməyə qərar
verdik. Mərkəzimiz yenilənə bilən enerji mənbələrindən davamlı inkişaf hədəflərinə uyğun istifadə edir. Bu nümunəvi işi öz fəaliyyətimizdə davam etdirəcəyik”.
Məlumatda qeyd edilib ki, enerji mənbəyi günəş panelləridir. Rəqəmsal həyatın davamlılığını təmin edən sənaye də insan həyatı üçün sağlam bir mühitin olmasını təmin və rasional həllər təklif etməlidir. “1600 kvmetrlik dam sahəmizə günəş panelləri quraşdırmaqda məqsədimiz enerji və mənbələrdən maksimum dərəcədə istifadə edərək müştərilərimizə ətraf mühitə və təbiətə uyğun bir şəkildə xidmət göstərməkdir. Biz təbiətə daha az karbon ayıraraq qənaətli bir şirkət olmağı bacardıq. Gələcəkdə bu rəqəmin sıfır karbon olması da əsas hədəfimizdir”.
Nigar