Bakı sakini problemlə üzləşib
Paralel.az xəbər verir ki, Bakının Yasamal rayonu, Ş.Mehdiyev-1, mənzil-5 sakini Fuad Şıxkərimov problemlə üzləşib. AİB-ə ərizə ünvanlayan şikayətçi qeyd edir ki, yaşadıgı mənzildə təmir aparılan zaman, 12.05.2021-ci ildə paytaxtın M.Araz küçəsi-60 ünvanında yerləşən “Avropa qapıları”na müraciət edib: “Mərkəzi ofisdə bəyəndiyimiz 6 ədəd, hərəsi 275 manat dəyərində olan otaq qapılarını sifariş edərək, 200 manat da beh verdim. Sifariş həyat yoldaşım Samirə Şixkərimovanın adına yazılıb. 17.05.21-ci il tarixində qapıların ölçüləri götürüləndən sonra menecer ümumi qiymətin 1650 manat deyil, 1720 manat oldugunu bildirdi. Mən öncə 660 manat ödədim. 07.06.21-ci tarixində ofisin meneceri Rəsmiyyə xanım qapıların hazır oldugunu bildirərək qalan pulu ödəməyi xahiş elədi. İyunun 10-da ofisə gedərək 560 manat da ödədim və qalan 300 manatı qapılar quraşdırılandan sonra ödəməyi razılaşdıq. Mənzildə təmir gecikdiyindən hələ qapıları quraşdırmaq mümkün deyildi. Bu müddətdə menecer hər gün zəng edərək qalan 300 manatı tələb edirdi. Məcbur qaldığımızdan tam ödəniş etdik və iyulun 2-də qapılar quraşdırıldı. Quraşdırılandan sonra məlum oldu ki, qapılar çox keyfiyyətsiz düzəldilib, bir qapının üzərində cızıq var. Bundan başqa, bütün qapıların çərcivəsində üzlüklər açılır və çərçivə ilə üzlük arasında da boşluqlar var. Qonaq otağının qapısının çərçivəsində isə təxminən, 20 sm üzlük yoxdur. Həmçinin, çərçivələrin bərkidilməsi düzgün edilməyib, çərçivə tərpənir.
İyulun 3-dən başlayaraq hər gün ofisin satış meneceri Rəsmiyyə xanıma zəng etmişəm. O da hər gün bildirib ki, ustalar göndəriləcək. Eyni zamanda, fabrik müdiri Aqil müəllim dəfələrlə edilən zənglərə baxmayaraq, telefona
cavab vermir. Gündəlik yığdığımız digər nömrələrdən cavab verilib ki, bu işdən xəbərdar deyilik və Aqil müəllimə müraciət edin. Qeyd edim ki, ödənış qəbzini dəfələrlə istəməyimə baxmayaraq, o bizə yalnız 12 iyulda verilib. Xahiş edirəm, qapıların təmır edilməsi və ya dəyişdirilməsiylə bağlı üzləşdiyim problemin həll olunmasına köməklik edəsiniz”.
Nigar