Paşinyan artistlik edir...
Paralel.az xəbər verir ki, Ermənistan mətbuatı Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu aktyorcasına bəyan etdiyini yazır.
Armenian Report xəbər verir ki, Paşınyan sülh danışıqlarını bərpa etməyə hazır olduğünu bəyan edib. Lakin sayt Paşinyanın bu bəyanatını aktyor monoloqu kimi təqdim edib. Ermənistan hökuməti və "Artsax" bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə sadiqdir, deyə Nikol Paşinyan bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin növbəti iclasında sərhədlərdəki vəziyyəti şərh edərək deyib: “Bölgədəki hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Azərbaycanın təxribat xarakterli hərəkətləri və maksimalist istəkləri Ermənistan və "Artsax" üçün yeni təhdidlər yaradır ”. O, Rusiyanın bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsində əsas rol oynadığını qeyd etdi.
Paşinyan Ermənistan-Rusiya birləşmiş qüvvələr qrupunun və Rusiyanın Artsaxdakı sülhməramlı missiyasının bölgədə sabitliyin və sülhün təmin edilməsində təməl əhəmiyyətə malik olduğunu vurğuladı: "Azərbaycan 9 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatların icrasını, xüsusən regional nəqliyyat kommunikasiyalarının, o cümlədən də Ermənistanın blokdan çıxarılması prosesini pozmaq niyyətindədir". Bunun ardınca isə Paşinyan, prosesin rəallaşması üçün Azərbaycan bütün məhbusları geri qaytarmaq barədə yazılı öhdəlik götürməlidir, deməklə hökumət üzvləri qarşısında özünü ifşa etdi. Deməli, bu gün bölgənin nəqliyyat-kommunikasiya sisteminin və Ermənistanın blokdan çıxarılması üçün şərt irəli sürən Azərbaycan tərəfi deyil, rəsmi İrəvandır. Məhz elə buna görə də Ermənistanın müxalifətyönlü mətbuatı baş nazirin bu çıxışını artyor monoloqu adlandırıb.
Akif Nasirli