Türkiyə iqlim dəyişikliyində qəti addımlar atır
Paralel.az xəbər verir ki, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşdüklərini qeyd edən Türkiyənin ətraf və şəhərsalma üzrə naziri Murat Kurum bu yöndə qəti addım atdıqlarını deyib. Türkiyə mətbuatı bu barədə yazır: “İqlim dəyişikliyində demək olar ki, heç bir tarixi məsuliyyətimiz olmasa da, bir çox ölkədən daha qətiyyətli addımlar atdığımızı bildirdik”.
Qeyd edək ki, “Ətraf Mühit, İqlim və Enerji Nazirlərinin G20 Toplantısı”nda C.Kerri ilə ikitərəfli görüşdüklərini söyləyən nazir deyib ki, iqlim dəyişikliyi ilə mübarizə işi, Türkiyə ilə Paris Sazişi, Anlaşma Memorandumu, ətraf mühit və s. istiqamətində bir çox ölkədən daha qətiyyətli addımlar atıldığı ifadə edilib. Bundan başqa, C.Kerri ilə görüşdə BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Əlavə-1 siyahısından çıxarılması tələblərini
təkrarladıqları söylənilib: “Biz ədalətli mübarizəmizə dəstək verəcəklərini ifadə etdik. Bu çərçivədə danışıqlar anlaşması memorandumunun və Qlazqoda Tərəflərin 26-cı Konfransından əvvəl imzalanmasının Paris Saziş müddətini bizim üçün sürətləndirəcəyini vurğuladıq”.
Nigar