Avropa Məhkəməsi Rövşən Kəbirlini “təbrik” etdi!

Avropa Məhkəməsi Rövşən Kəbirlini “təbrik” etdi!
 
Paralel.az xəbər verir ki, bu gün Milli Mətbuat günü Avropa İnsan Haqları Məhkəməsi “Müxalifət”qəzetinin baş redaktoru Rövşən Kəbirli (Mahmudov ) və qəzetin hüquq şöbəsinin keçmiş redaktoru Yaşar Ağazadənin işi üzrə ərizəçilərin ifadə azadlığının pozulduğunu müəyyən edən qərar çıxarıb. Qərara əsasən hökumət ərizəçilərə mənəvi zərərə görə kompensasiya kimi ümumilikdə 2400 avro, xərclərə görə isə 1000 avro ödəməlidir.
 
Şikayət guya mərhum akademik Cəlal Əliyevi (Azərbaycan prezidenti İlham Əliyevin əmisi) ləkələyən "AMAY – Əliyevlərin ticarət brendi" başlıqlı məqaləyə görə cinayət təqibilə bağlı idi.
 
Cəlal Əliyevin xüsusi cinayət ittihamı qaydasında şikayətindən sonra jurnalistlər 16 may 2007-ci ildə Yasamal Rayon Məhkəməsi tərəfindən böhtanda təqsirli biliniblər. Onların hər biri iki il altı ay müddətinə azadlıqdan məhrum edilib.
2007-ci ilin dekabrında jurnalistlər Azərbaycan prezidenti tərəfindən əfv ediliblər.
 
Avropa İnsan Hüquqları Məhkəməsi bundan öncə Cəlal Əliyev haqqında başqa bir məqalə ilə əlaqədar Ağazadə və Mahmudovun şikayətləri üzrə qərar çıxarmışdı.
 
Şahnaz Salehqızı
0.022754907608032