Olimpiya Oyunlarına etiraz olaraq mitinq keçirilib

Olimpiya Oyunlarına etiraz olaraq mitinq keçirilib
 

Paralel.az xəbər verir ki, Tokioda olimpiya məşəlinin qarşılanma mərasimində mitinq keçirilib. Rusiya mediası yazır ki, Olimpiya-2020 Oyunlarına etiraz məqsədilə keçirilən mitinqdə Yaponiya sakinləri ingilis dilindəki plakatlarla hökuməti yarışmanı ləğv etməyə çağırıb. Mitinq iştirakçılarından biri deyib ki, hökumət bu pulları olimpiadalara yox, koronavirusla mübarizəyə yönəltməlidir.

Mitinqçilər olimpiadalara ehtiyacın olmadığını bəyan ediblər. Qeyd edək ki, yaponlar ilk dəfə deyil belə bir tələblə ölkə hökumətinə müraciət edirlər. Bundan əvvəl də Yaponiyanın aparıcı tibb təşkilatı açıq bir məktub yayımlayaraq, ölkənin olimpiadaya ev sahibliyi etmək iqtidarında olmadığını və yüz minlərlə insanın oyunların ləğv edilməsini tələb edən petisiya imzaladığını qeyd edib. Keçən həftənin əvvəlində isə Yaponiyada təcili rejim tətbiq edilib. Çünki tək Tokionun özündə hər gün mindən çox infeksiya faktı qeydə alınır. 2020-ci il Olimpiya Oyunları koordinasiya komissiyasının rəhbəri Con Kotes isə fövqəladə rejimin olimpiadaların keçirilməsinə təsir göstərməyəcəyini söyləyib.

Tokio Oyunlarında artıq 100-dən çox COVID-19 faktı müəyyən edilib. Olimpiadaların təşkilat komitəsinin icraçı direktoru Toşiro Muto idmançılar arasında koronavirus infeksiyasında artım olacağı təqdirdə, oyunların ləğvi məsələsinin qaldırılacağını söyləmişdi.

Qeyd edək ki, Olimpiya Oyunlarının açılış mərasimi bu gün, 23 iyulda, Bakı vaxtı ilə 15:00-da baş tutacaq. Yarışlar 23 iyul - 8 avqust tarixlərində keçiriləcək.

Nigar

0.02894401550293