Milli Mətbuatın 146-cı yubley ili ilə bağlı möhtəşəm bayram tədbiri keçirilib- Fotolar
Tədbir iştirakçıları Azərbaycan mətbuatının tarixilə tanış oldular
Azərbaycan Medianın İnkişafı Agentliyi iyulun 22-də Milli Mətbuatın 146-cı ildönümünü Dənizkənarı parkda təşkil etdiyi möhtəşəm tədbirlə qeyd etdi.
MEDIA Agentliyinin yüksək səviyyədə təşkil etdiyi Milli Mətbuatın budəfəki yubiley tədbiri əvvəlki illərdə keçirilmiş sönük və bayağı tədbirlərdən tam fərqli biçimdə keçdi.
"Əkinçi" qəzetinin işıqüzü görmüş 54 sayının fotosərgisinin gənc iştirakçıların təqimatında yüksək zövq ilə təşkil olunması yubley içtirakçıları tərəfindən maraqla qarşılandı.
Medianın İnkişafı Agentliyinin rəhbərliyi tərəfindən Dənizkənarı bulvarda açıq havada ilk dəfə keçirilən yubley tədbirində Agentliyin icraçı direktoru Əhməd İsmayılovun, MŞ sədri Əflatun Amaşovun, Agentliyin şöbə müdiri Natiq Məmmədlinin, MTRŞ rəhbərliyinin və digər çıxış edənlərin nitqi tədbir iştirakçılarının alqışları ilə qarşılandı.
Tədbirdə Milli Mətbuatımızın tarixini əks etdirən videoçarxın təqdimatı olduqca maraqlı tərtib edilmişdir.
Akif