Şadlıq evləri və toy sahiblərindən yığılan rüşvətin qarşısını kim alacaq?!- Xalq bu suala cavab axtarır.. 

Şadlıq evləri və toy sahiblərindən yığılan rüşvətin qarşısını kim alacaq?!- Xalq bu suala cavab axtarır.. 
 

 

Yerli polis, vergi və Qida təhlükəsizliyi nümayəndələri heç nədən çəkinmədən rüşvət yığırlar

Toyların keçirilməsinə korono ilə bağlı qoyulmuş məhdudiyyətdən külli miqdarda rüşvət alınması haqqında ölkənin hər tərəfindən olduqca vahiməli xəbərlər gəlir.

NK yanlnda fəaliyyət göstərən Operativ Qərargahın iyulun 1-dən etibarən toylara və digər çoxsaylı şadlıq məclislərinə şərtlə icazə verməsi nəzarət işini həyata keçirən dövlət orqanları nümayəndələrinin rüşvət almasına çox gözəl şərait yaradıb.

Toylarda 150 nəfərdən artıq adamın iştirak etməsi və iştirakçılardan COVİD-19 pasportu olmayan şəxslərin iştirakının yasaqlanması rüşvətxorluğun ölkədə daha da genişlənməsinə səbəb olub. Redaksiyamıza insanlardan aldığı şikayət məktublarında əks olunmuş xəbərlərə görə, Azərbaycanın bütün yaşayış məntəqələrində fəaliyyət göstərən şadlıq saraylarından, orta hesabla, polis sahə müvəkkili 500 manat, Qida Təhlükəsizliyinin nümayəndəsi 200 manat və Vergi İdarəsinin nümayəndəsi isə 300 manat rüşvət alır.

Beləliklə, toy edən şəxs və şadlıq sarayının rəhbəri birlikdə toy məclisini sakit keçirmək üçün azı 1000(min) manat rüşvəti yuxarıda qeyd etdiyimiz dövlət orqanlarının nümayəndəsinə toydan əvvəl verməlidirlər. Əgər rüşvəti vaxtında çatdırmasalar, şadlıq sarayının sahibinə 4 min manat və toy sahibinə isə qanunda nəzərdə tutulmuş cərimə yazılır.

Şikayət məktublarına və insanlarımızın zənglərilə tərtib etdiyimiz qeydlərdən çox aydın göründüyü kimi, koronavurusun xalqı talamaq üçün dövlət məmurlarına çox böyük şans verdiyini və bu şansdan ölkədə sui - istifadə olunduğunu insanlar hər gün gözlərilə görür, iştirakçısı olur, şikayətə baxan olmadığından insanlar adət-ənənə xatirinə soyulmağa məcbur edilir.

Bu cür iyrənc tamaşanı seyr edən sıravi insanları və bütün xalqı isə bir sual düşündürür; - millətin gözü qarşısında dövlət orqanları nümayəndələrinin bütün qanunları ayaq altına atıb, şadlıq saraylarından rüşvət alaraq, xalqın şadlığını zəhərə çevirən rüşvətxorluq kimi, xalqı və dövləti pis duruma salan eybəcərliyinin qarşısını görəsən, kim alacaq?!..

Mahir

 

0.018344163894653