İsrail, ABŞ, Fransa və İngiltərə Ərdoğanın sözlərini həzm edə bilməyib

İsrail, ABŞ, Fransa və İngiltərə Ərdoğanın sözlərini həzm edə bilməyib
 

Paralel.az xəbər verir ki, ABŞ, Fransa, İngiltərə, İsrail və Avropa Birliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kıbrısda Qapalı Varoşaya etdiyi şərhinə münasibət bildirib. Bu ölkələr Varoşanın yüzdə 3,5-nin hərbi bölgə statusundan çıxarılmasına reaksiya verib. Türkiyə mətbuatı yazır ki, Prezident Ərdoğan Kipr Barış Əməliyyatının 47-ci ildönümünü qeyd etmək üçün getdiyi Şimali Kipr Türk Cümhuriyyətindəki açıqlamaları ilə beynəlxalq mediada gündəm yaradıb. Ərdoğan bəyan edib ki, Kiprdə bir həll yolundan başqa həll yolu yoxdur. Kipr Türk xalqının qanları, canları və şəhidlərinin fədakarlığı ilə qurduqları dövlətdən imtina etmələrini istəyirlər: “10 ildir dəyişməyən və qısa müddətdə dəyişməsi gözlənilməyən cəfəngiyyatın artıq heç bir mənası qalmayıb.

Etibarsız olduğu sübut edilmiş modellərə sərf etmək üçün başqa 50 ilimiz də yoxdur”.

ABŞ Dövlət Katibi Antoni Blinkenin məsələylə bağlı Twitter-dəki bir açıqlamasında qeyd edilib: “Varoşanın Kiprli Türklər tərəfindən BMT qətnamələri ilə zidd, qəbuledilməz və nizamlama danışıqlarını davam etdirmək üçün keçmiş öhdəliklərinə zidd olan hissələrini nəzarətə götürmək qərarını qınayırıq. Biz bütün addımların geri alınmasını tələb edirik”.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə belə deyib: “Varoşanın müəyyən hissələrinin nəzarətinin Kiprli Türklərə verilməsi cəhdləri təxribatdır və qəbuledilməzdir. Müttəfiqlərimizlə BMT Təhlükəsizlik Şurasının sərt reaksiyası üçün çalışırıq. Biz Kıbrısın iki bölgəli, iki toplumlu bir federasiya olaraq yenidən birləşməsini dəstəkləyirik”.

Ned Prays tərəfindən paylaşılan və Blinken tərəfindən edilən yazılı açıqlamada ABŞ-ın Kipr Türk lideri Ersin Tatar və Türkiyə Prezidenti Ərdoğanın Varoşanın bəzi hissələrinin Kipr Türk nəzarətinə verilməsi ilə əlaqədar verdiyi açıqlamanı qınadığnı bəyan edib.

Nigar

0.020992994308472