BalaBABANIN NƏZƏRİNƏ!

BalaBABANIN NƏZƏRİNƏ!
 

Sirr deyil ki, hər fəslin təbii xüsusiyyətinə görə insanlar, o cümlədən də vətəndaşın sosial rahatlığına cavabdeh dövlət qurumları müxtəlif çaplı önləyici tədbirlər görür, hazırlaşır. Adətən qış mövsümünə hazırlıq görülür amma qeyd etdiyimiz kimi hər fəslin özünəməxsus çətinlikləri olur.
Məsələn, bu gün ölkənin qaz təsərrüfatına cavabdeh qurumlardan soruşulsa ki, “qışa hazırsınızmı” cavab birmənalı şəkildə müsbət olacaq. Amma elə ki, qış gəldi əhalinin istehlak etdiyi mavi yanacağın verilməsində çeşidli problemlər yaşanacaq.  “Gah bozarır, gah qızarır, üşütmələr var canında,
Kölgə kimi qara-qara əllər gəzir “məmurların” vicdanında”. Şairin ruhu bağışlar məni şeirinə müdaxilə etdiyim üçün. İndi yaydı, iki ay əvvəl “Azərenerji”nin cadugərlərlə çiyindaşlıq edən rəhbəri BalaBABAya sual etsəydin ki, “cənab, deyilər qarşıdan anormal istilər gəlir, qurum buna hazırdırmı”, sənə Məlikməmməd nağılı danışıb, üstəlik bir yağlı əppək də verib arxayın yola salacaqdı. Bugün elekrik enerjisinin verlişində yaşanan biabırçılıq BalaBABA əkənin ölkə rəhbərinə də “yedirtdiyi o yağlı əppəyin” fəsadlarıdır. Regionları demirəm, eləcə ölkənin baş kəndində qızmar yay günü işığı saatlarla söndürmək, yananda da çıraq işığıtək zəif olması nə anlama gəlir? Ölkəyə daxil olan neft pullarının böyük bir hissəsi qaz,su, işıq və yol təsərrüfatının modern vəziyyətə gətirməyə sərf olunub. Hanı, nəticə? Qışda qaz kəsilir, yayda su və işıq verilməsində dözülməz çətinliklər yaşanır, həm mənfiliklər varkən onların satış qiyməti hər il artılırır. İnsanlar imkanlı vaxtlarında rahatlıqları üçün soyuducu və kondinsener alıb amma istidən ciyəri bişsə də, supu xarab olsa da qorxusundan o avadanlıqlardan istifadə edə bilmir. Çünki, işıq qıza sataşan oğlan kimi “göz vurur”.
Siz elə bilirsiniz ki, Mingəçevir İES-də baş verən qəzadan sonra orda aparılan təmir və yenidənqurma işləri keyfiyyətli olub? Yox dostlar, orda tükürpədici maxinasiyalara yol verilib, “Böyük dayaq” filmində deyildiyi kimi dövlətin milyonlarını vicdansızcasına basıb yeyiblər. Səsi sonra eşidiləcək və məhz o zaman bəlli olacaq ki, o da BalaBABAnın paytaxdakı yarlı-yaraşıqlı, kraskalı-pudralı yarımstansiyaları kimi üstü bəzək içi təzəkdir.
Bu arada, görəsən vəzifə kariyerasında sürətlə irəliləyən “Azərişıq”ın sədri BalaBABA kabinetini cin-şeytandan təmizləyə bilibmi?!
Səma

0.026116847991943