Sumqayıtda tullantı poliqonu yanır
Paralel.az xəbər verir ki, ölkəni başdan-ayağa bürüyən yanğın kabusu Abşeron yarımadasına da ayağ açıb. Bir neçə həftə əvvəl Dağüstü parkda, Şəhidlər Xiyabanının ətraf yamaclarında qurumuş otların yanması müşahidə edildi və yanğın tezliklə söndürüldü.
İndi isə Sumqayıtda məişət tullantıları poliqonu yanınr. Hal-hazırda yanğınsöndürmə briqadaları öz işləri davam etdirilir. Hələlik yanğın ram edilməyib, yanğınla mübarizə davam edir. Mütəxəssislərin fikrincə, hər mövsümə uyğun olaraq yanğın təhlükəsizliyi prafilaktikası həyata keçirilməlidir, bu yay mövsümündə xüsusilə vacibdir. Yay aylarında adətən yazda bitən otlar ömrünü başa vurub quruyur və alışmaya meyilli olur. Belə ərazidə kiçik bir siqaret kötüyü böyük yanğın törədə bilir.
Təhlükəsizlik baxımından bela ərszilər şum zolaqları ilə bölünməlidir ki, bir hissədə yanğın baş verəndə alov digər hissələrə keçməsin. Bərk məişət tullantıları poliqonlarında isə yanğın təhlükəsi həmişə var. Bu problemdən yaxa qurtarmağın yeganə yolu poliqonların ləğv edilməsi və bütün tullantıların emalına nail olunmasıdır.
Akif