Bakı Dövlət Sirki regionlarda...

Bakı Dövlət Sirki regionlarda...
 

Paralel.az xəbər verir ki, Bakı Dövlət Sirki   Xaçmaz rayonu  İstisu qəsəbəsində çıxış etmək üçün yola düşüb.

Xəzər Dəniz Gəmçiliyinin dəvəti ilə mədəniyyət ocağı  Nabranda yerləşən  Dənizçi İstirahət Mərkəzinin  qonaqları üçün  sirk proqramı ilə çıxış edib. Proqramda alov, lazer, köpük şoularına xüsusi olaraq yer verilib.

Eyni zamanda “ Sümüksüz qız”ın nümayiş etdirdiyi tryuklar  ayaq üstə alqışlarla qarşılanıb. Bundan başqa  proqramda illüzonistlərin də çıxışları tamaşaçıları heyrətləndirib. Həmçinin  proqramda  “ Filaminqo”, “Qaraçı qız”  və milli rəqslərə  də yer verilib. Proqramı Bakı Dövlət Sirkinin orkestr heyəti müşayiət edib.

Şahnaz

 

0.0097939968109131